Rusiya Kiyevə ballistik raketlərlə hücum edib

Rusiya Silahlı Qüvvələri gündüz saatlarında Ukraynanın paytaxtı Kiyevə ballistik raketlərlə hücum edib.

Bu barədə UNIAN məlumat yayıb.

Bildirilib ki, Ukrayna Hərbi Hava Qüvvələri paytaxt istiqamətində bir neçə yüksək sürətli hədəfin hərəkət etdiyini açıqlayıb, bundan qısa müddət sonra isə şəhərdə partlayış səsləri eşidilib.

Kiyev meri Vitali Kliçko hava hücumundan müdafiə qüvvələrinin işlədiyini bildirərək sakinləri sığınacaqlarda qalmağa çağırıb.

Monitorinq qruplarının məlumatına görə, Rusiya Kiyev istiqamətində azı 10 ballistik raket, o cümlədən “Zirkon” tipli raketlər buraxıb.

Hücumun nəticələri, dağıntılar və zərərçəkənlərlə bağlı rəsmi məlumat hələ açıqlanmayıb.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.