Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Kriminal

Prokurorluq Arayik Harutyunyanın şikayətinin rədd olunmasını istədi

User 24 İyul 2026 - 19:26 (Last updated: 24 İyul 2026 - 19:26)
araik01

İyulun 24-də Bakı Apellyasiya Məhkəməsində Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, soyqırımı, terrorçuluq və digər ağır cinayətlərə görə məhkum olunmuş Ermənistan vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digər şəxslərin apellyasiya şikayətləri üzrə məhkəmə baxışı davam etdirilib.

Məhkəmə Bakı Apellyasiya Məhkəməsinin hakimi Elmar Rəhimovun sədrliyi, hakimlər Emin Mehdiyev və Mehriban Qarayevanın iştirakı ilə keçirilib. İclasda təqsirləndirilən şəxslərin hər biri bildikləri erməni və rus dillərində tərcüməçi, eləcə də müdafiələrinin təmin olunması üçün vəkillərlə təmin edilib.

Məhkəmə prosesində zərərçəkmiş şəxslərin nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Abbas Abbaslı, şöbə prokurorları Anar Ələkbərov və Sevinc Qasımova iştirak ediblər.

İclas dövlət ittihamını müdafiə edən prokurorların çıxışları ilə davam edib.

Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Abbas Abbaslı 2020-ci ilin 44 günlük Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin törətdiyi çoxsaylı cinayət faktlarını məhkəmənin diqqətinə çatdırıb. O, Arayik Harutyunyanın Ermənistanın himayəsi altında yaradılmış qanunsuz rejimdə və cinayətkar birlikdəki rolunu təsdiqləyən sübutlara istinad edərək, onun apellyasiya şikayətinin əsassız olduğunu bildirib.

Dövlət ittihamçısı Anar Ələkbərov Azərbaycanın vaxtilə işğal altında olmuş ərazilərində törədilmiş cinayətlərlə bağlı toplanmış sübutları təqdim edib. O, həmçinin Bako Sahakyanın cinayətkar fəaliyyətini təsdiqləyən materiallara diqqət çəkərək, onun apellyasiya şikayətinin təmin edilməməsini istəyib.

Digər dövlət ittihamçısı Sevinc Qasımova isə Arkadi Qukasyanın ittiham olunduğu cinayətlər üzrə toplanmış sübutları təqdim edərək, onun apellyasiya şikayətinin də əsassız olduğunu vurğulayıb.

Prokurorlar çıxışlarında bildiriblər ki, birinci instansiya məhkəməsində cinayət işi üzrə bütün sübutlar hərtərəfli, tam və obyektiv şəkildə araşdırılıb. Onların sözlərinə görə, iş materiallarında əks olunan faktlar zərərçəkmişlərin və şahidlərin ifadələri, məhkəmə ekspertizalarının rəyləri, maddi sübutlar, sənədlər və hadisə yerinə baxış protokolları ilə tam təsdiqlənib.

Dövlət ittihamı tərəfi təqsirləndirilən şəxslərin apellyasiya şikayətlərinin təmin olunmamasını məhkəmədən xahiş edib.

Məhkəmənin növbəti iclası iyulun 27-nə təyin edilib.

Xatırladaq ki, Bakı Hərbi Məhkəməsinin 2026-cı il 5 fevral tarixli hökmü ilə Arayik Harutyunyan, Levon Mnatsakanyan, David Manukyan, Davit İşxanyan və David Babayan ömürlük azadlıqdan məhrum ediliblər. Arkadi Qukasyan və Bako Sahakyan 20 il, Madat Babayan və Melikset Paşayan 19 il, Qarik Martirosyan 18 il, Davit Allahverdiyan və Levon Balayan 16 il, Vasili Beqlaryan, Qurgen Stepanyan və Erik Qazaryan isə 15 il müddətinə azadlıqdan məhrumetmə cəzası alıblar.

AzPost.az

Post navigation

Previous: Prezidenti Administrasiyasının avqustda vətəndaşların qəbulu
Next: Putin və Si Cinpin İrana silah satmayacaqlarına söz verib –

Oxşar xəbərlər

Həbs
  • Kriminal

ADNSU-da 24 il əvvəl törədilən qətlin üstü açıldı – Şübhəli şəxs həbs edildi

User 06 Noyabr 2026 - 14:02
Aptek
  • Kriminal

Sumqayıtda aptekdən 35 min manat oğurlayan şəxs saxlanıldı

User 05 Noyabr 2026 - 16:56
qeza_polis
  • Kriminal

Bakıda axtarışda olan 74 yaşlı qadın həbs edilib

User 04 Noyabr 2026 - 10:44

xƏBƏR

erdoqan zefer paylasim
  • Siyasət

Ərdoğandan Zəfər Günü paylaşımı – “Dost və qardaş Azərbaycanın…”

User 08 Noyabr 2026 - 15:01
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın 8 Noyabr – Zəfər Günü münasibətilə təbrik paylaşımı edib. Türkiyə lideri...
Read more about Ərdoğandan Zəfər Günü paylaşımı – “Dost və qardaş Azərbaycanın…”
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi – CANLI YAYIM ilham erdoqan
  • Siyasət

Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi – CANLI YAYIM

User 08 Noyabr 2026 - 14:05
Ərdoğan Azərbaycana səfərə gəldi – RƏSMİ QARŞILANMA / VİDEO ilham erdoqan
  • Baş Yazı

Ərdoğan Azərbaycana səfərə gəldi – RƏSMİ QARŞILANMA / VİDEO

User 08 Noyabr 2026 - 13:56
“Ölümsüz Komandan – Qarabağın Zəfər Marşı” adlı videoçarx hazırlanıb zefer video
  • Siyasət

“Ölümsüz Komandan – Qarabağın Zəfər Marşı” adlı videoçarx hazırlanıb

User 08 Noyabr 2026 - 13:52
Şeyxülislam və dini icma rəhbərləri Zəfər Tağını ziyarət edib seyx zefer
  • Din

Şeyxülislam və dini icma rəhbərləri Zəfər Tağını ziyarət edib

User 08 Noyabr 2026 - 13:33
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.