Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Arayik Harutyunyan və digərlərinin cinayəti dəlillərlə təsdiq edilib

User 27 İyul 2026 - 18:28 (Last updated: 27 İyul 2026 - 18:28)
araik meh

İyulun 27-də Bakı Apellyasiya Məhkəməsində Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə və digər çoxsaylı cinayətlərə görə Bakı Hərbi Məhkəməsi tərəfindən barələrində ittiham hökmü çıxarılmış Ermənistan Respublikası vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin apellyasiya şikayətləri üzrə məhkəmə baxışı davam etdirilib.

Azpost.info APA -ya istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsinin hakimləri Elmar Rəhimovun sədrliyi, Emin Mehdiyev və Mehriban Qarayevanın (ehtiyat hakim Əli Məmmədov) iştirakı ilə keçirilən məhkəmə iclasında barələrində cinayət işi üzrə apellyasiya icraatı aparılan şəxslərin hər biri bildikləri dillərdə – erməni və rus dillərində tərcüməçi, habelə müdafiələrinin təmin olunması məqsədilə vəkillərlə təmin edilib.

Məhkəmə iclasında zərərçəkmiş şəxslərin nümayəndələri, dövlət ittihamını müdafiə edən prokurorlar – Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Abbas Abbaslı, həmin idarənin şöbə prokurorları Anar Ələkbərov və Sevinc Qasımova iştirak ediblər.

Məhkəmə iclası dövlət ittihamını müdafiə edən prokurorların çıxışları ilə davam etdirilib.

Dövlət ittihamını müdafiə edən prokurorlar – Abbas Abbaslı, Anar Ələkbərov və Sevinc Qasımova bildiriblər ki, cinayət işi üzrə ittiham olunan digər təqsirləndirilən şəxslər kimi Bako Sahakyan, David Manukyan, David Babayan, Davit İşxanyan, Levon Mnatsakanyan, Madat Babayan və Melikset Paşayanın da Ermənistan tərəfindən Azərbaycan Respublikasına qarşı yönəlmiş təcavüzkar müharibə və cinayətkar birliyin fəaliyyətində iştirakları birinci instansiya məhkəməsində araşdırılmış sübutlarla təsdiqlənib.

Dövlət ittihamçıları qeyd ediblər ki, təqsirləndirilən şəxslər sülh və insanlıq əleyhinə, müharibə cinayətləri, habelə, suveren ərazilərimizin işğalı, silahlı birləşmələrin təşkili və təminatı, Azərbaycana qarşı düşmənçilik fəaliyyətinin təşviqi, terror, mina partlayışları, mülki şəxslərə qarşı müxtəlif cinayətlər və digər qanunsuz əməlləri törətməkdə təqsirləndirilirlər.

Həmçinin vurğulanıb ki, təqsirləndirilən şəxslərə qarşı irəli sürülən ittihamlar cinayət işinin ibtidai istintaqı zamanı toplanmış, eləcə də məhkəmə baxışı zamanı təqdim və tədqiq edilmiş şahid ifadələri, ekspertiza rəyləri, ifadələr, çoxsaylı istintaq hərəkətləri protokolları, sənədlər və digər dəlillərlə təsdiqlənib.

Məhkəmənin növbəti iclası iyulun 28-də keçiriləcək.

Xatırladaq ki, Bakı Hərbi Məhkəməsinin 2026-cı il 5 fevral tarixli hökmünə əsasən, Arayik Harutyunyan, Levon Mnatsakanyan, David Manukyan, Davit İşxanyan və David Babayan ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum ediliblər. Arkadi Qukasyan və Bako Sahakyan 20 il, Madat Babayan və Melikset Paşayan 19 il, Qarik Martirosyan 18 il, Davit Allahverdiyan və Levon Balayan 16 il, Vasili Beqlaryan, Qurgen Stepanyan və Erik Qazaryan isə 15 il müddətinə azadlıqdan məhrum ediliblər.

AzPost.az

Post navigation

Previous: Azərbaycan Kinematoqrafçılar İttifaqında fövqəladə iclas çağırıldı
Next: “İranla danışıqlar nəticə verməsə hərbi əməliyyata başlayacağıq” –

Oxşar xəbərlər

leyla baqca01
  • Sosial

Şamaxıda körpələr evi-uşaq bağçasının açılışı olub

User 26 Oktyabr 2026 - 22:44
kabab esas
  • Sosial

Ətdən imtina sağlam qocalmağa kömək edə bilər

User 26 Oktyabr 2026 - 21:50
vuqar
  • Sosial

AQC Avropanın ən böyük qiymətləndirmə təşkilatına üzv oldu

User 26 Oktyabr 2026 - 21:13

xƏBƏR

sarigul
  • Dünya

Azərbaycanın “qara siyahı”ya saldığı Türkiyə vətəndaşı İstanbulda saxlanıldı

User 26 Oktyabr 2026 - 23:53
Türkiyədə Azərbaycanın ölkəyə girişini qadağan etdiyi 31 nəfərdən biri olan “Köklü Değişim” jurnalının və media qrupunun İstanbul...
Read more about Azərbaycanın “qara siyahı”ya saldığı Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
İran prezidenti Moskvaya gedib putin pezeskian
  • Dünya

İran prezidenti Moskvaya gedib

User 26 Oktyabr 2026 - 23:50
Banan insult riskini azalda bilər – Alimlər faydalarını açıqladı banan
  • Maraqlı

Banan insult riskini azalda bilər – Alimlər faydalarını açıqladı

User 26 Oktyabr 2026 - 23:38
Azərbaycanda mal ətinin qiyməti 10,78 dollardır – Dünyada ətin baha olduğu ölkələr / SİYAHI et bazari
  • İqtisadiyyat

Azərbaycanda mal ətinin qiyməti 10,78 dollardır – Dünyada ətin baha olduğu ölkələr / SİYAHI

User 26 Oktyabr 2026 - 23:26
Putin NATO-dan Pribaltika və Finlandiyadan çıxmağı tələb edir putin
  • Dünya

Putin NATO-dan Pribaltika və Finlandiyadan çıxmağı tələb edir

User 26 Oktyabr 2026 - 23:06
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.