Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) katibləri İdarə Heyətinin növbədənkənar iclasının keçiriləcəyini elan ediblər.
Azpost.info xəbər verir ki, bununla bağlı yayılan məlumatda bildirilir ki, iclas Azərbaycan Kinematoqrafçılar İttifaqının düşdüyü böhran vəziyyətinin müzakirəsi və Konfransın keçirilmə tarixinin müəyyənləşdirilməsi məqsədilə çağırılıb.
Məlumata görə, İdarə Heyətinin iclası 30 iyul 2026-cı il tarixində saat 15:00-da Azərbaycan Kinematoqrafçılar İttifaqının binasında keçiriləcək.
İclasın çağırılması barədə müraciət AKİ-nin katibləri Həmidə Ömərova, Əli İsa Cabbarov, Oleq Səfərəliyev, Tahir Tahiroviç, Nadir Bədəlov və Türkan Hüseyn tərəfindən imzalanıb.
İclasda təşkilatın mövcud vəziyyəti, böhrandan çıxış yolları və növbəti Konfransın keçirilmə tarixi ilə bağlı qərarların qəbul olunması gözlənilir.