Zidan Mbappeyə güvənir –Fransa millisində kapitan olaraq qalacaq

Madridin “Real” klubunun hücumçusu Kylian Mbappé Fransa milli komandasının yeni baş məşqçisi olacağı gözlənilən Zinedine Zidane dönəmində də kapitan sarğısını daşıyacaq.

Bu barədə Le Parisien nəşri məlumat yayıb.

Məlumata görə, Zidan 27 yaşlı hücumçuya tam etibar edir və onu milli komandanın lideri kimi görür.

Daha əvvəl Fransa Futbol Federasiyasının iyulun 28-də Zinəddin Zidanın milli komandanın baş məşqçisi təyin olunduğunu rəsmən açıqlayacağı bildirilmişdi.

Kilian Mbappe Fransa millisinin heyətində indiyədək 106 oyuna çıxıb. O, bu görüşlərdə 66 qol vurub və 44 məhsuldar ötürmə edib.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.