İranda zəlzələ olub

İranın mərkəzində yerləşən Səmnan əyalətinin Əmiriyyə şəhərində 4,5 bal gücündə zəlzələ qeydə alınıb.

APA-nın Tehran bürosunun məlumatına görə, zəlzələ ocağı 8 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində tələfat və ya dağıntılarla bağlı hələlik məlumat verilməyib.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.