Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

“Biletim.az”da yeni xidmət –

User 30 İyul 2026 - 15:31 (Last updated: 30 İyul 2026 - 15:31)
avtovaqzal bilet

“Biletim.az” portalı istifadəçilərin rahatlığını artırmaq məqsədilə tətbiq və internet saytında bir sıra yeni funksiyalar istifadəyə verib.

AYNA-dan Azpost.info-ya verilən məlumatda deyilir ki, yeniliyə əsasən, artıq “biletim.az” tətbiqi və saytı vasitəsilə bilet alarkən şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və FIN kodunu əl ilə daxil etməyə ehtiyac yoxdur. Sərnişinlər şəxsiyyət vəsiqəsini mobil telefon vasitəsilə skan etməklə şəxsi məlumatlarını avtomatik doldura biləcəklər.

Bildirilib ki, yeni funksiya bilet alışını daha sürətli və rahat həyata keçirməyə imkan verir.

Tətbiqdə digər yeniliklər xəritə və dayanacaqlar bölmələrini də əhatə edir. Aparılan təkmilləşdirmələr nəticəsində sərnişinlər xəritə üzərindən marşrut avtobuslarının real vaxt rejimində yerini, son dayanacağa çatma müddətini və digər məlumatları izləyə biləcəklər.

Bundan əlavə, dayanacaqlar bölməsində avtobusların minik məntəqələrinin ünvanı və əlaqə nömrələri də istifadəçilərə təqdim olunacaq.

Xatırladaq ki, daha əvvəl “biletim.az” portalında daha bir yenilik tətbiq edilmişdi. Belə ki, istifadəçilər artıq gediş və dönüş istiqamətləri üzrə biletləri eyni vaxtda əldə edə bilirlər. Əvvəllər sistem vasitəsilə yalnız bir istiqamətə bilet almaq mümkün idi.

Hazırda “biletim.az” portalı vasitəsilə 58 məntəqəyə 94 istiqamət üzrə bilet almaq mümkündür. Sistemə 372 reys və 420 nəqliyyat vasitəsi inteqrasiya olunub.

AzPost.az

Post navigation

Previous: Lənkəranda 11 otaqlı yaşayış evi yanıb
Next: ABŞ-İran gərginliyində yeni mərhələ –

Oxşar xəbərlər

eli kerimli
  • Sosial

Əli Kərimlinin məhkəməsi başlayıb

User 03 Noyabr 2026 - 15:45
pese mekteb
  • Sosial

Azərbaycanda hansı peşələr yox olmaq təhlükəsi ilə üz-üzədir? – Süni intellekt iş bazarını dəyişir

User 03 Noyabr 2026 - 14:35
bextiyar dali
  • Sosial

Novxanıdakı məşhur “milyonluq saray”ın sahibi həbs edildi

User 03 Noyabr 2026 - 14:11

xƏBƏR

KTMT
  • Dünya

KTMT-dən Azərbaycan və Ermənistanla bağlı açıqlama: Sülh sazişinə ümid edirlər

User 03 Noyabr 2026 - 15:50
KTMT Ermənistanla Azərbaycan arasında sülh sazişinin tezliklə imzalanacağına ümid edir. Bunu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş...
Read more about KTMT-dən Azərbaycan və Ermənistanla bağlı açıqlama: Sülh sazişinə ümid edirlər
Əli Kərimlinin məhkəməsi başlayıb eli kerimli
  • Sosial

Əli Kərimlinin məhkəməsi başlayıb

User 03 Noyabr 2026 - 15:45
Kartdan pul çıxaranları hansı xərclər gözləyir? – 1 faizlik vergi kimlərə aiddir? Kart
  • İqtisadiyyat

Kartdan pul çıxaranları hansı xərclər gözləyir? – 1 faizlik vergi kimlərə aiddir?

User 03 Noyabr 2026 - 15:43
Tramp üçün həlledici seçki: 57 milyon insan artıq səs verib – Konqres kimin nəzarətinə keçəcək? abs konqres
  • Dünya

Tramp üçün həlledici seçki: 57 milyon insan artıq səs verib – Konqres kimin nəzarətinə keçəcək?

User 03 Noyabr 2026 - 15:33
Parlamentdə 2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır budce
  • İqtisadiyyat

Parlamentdə 2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır

User 03 Noyabr 2026 - 15:06
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.