Şəkər xəstəliyinin 9 gizli əlaməti– Bu simptomlar sizdə də varsa, diqqətli olun

2-ci tip şəkərli diabet uzun müddət heç bir nəzərəçarpan əlamət vermədən inkişaf edə bilər. Bu müddətdə xəstəlik orqanizmə zərər vurur və ciddi fəsadların yaranma riskini artırır.

Mütəxəssislər bildirirlər ki, xəstəliyin inkişafını göstərən bir sıra əlamətlər var və onları vaxtında aşkar etmək erkən diaqnoz üçün böyük əhəmiyyət daşıyır.

2-ci tip diabetin əsas əlamətləri

  • Daimi aclıq hissi;
  • Güclü susuzluq;
  • Səbəbsiz çəki itkisi;
  • Davamlı yorğunluq;
  • Tez-tez sidiyə getmə;
  • Əl və ayaqlarda keyimə və ya qarışqa gəzməsi hissi;
  • Görmənin bulanıqlaşması;
  • Yaraların gec sağalması;
  • Sidiyin həşəratları cəlb etməsi.

Kimlər risk qrupundadır?

Diabetes resursunun məlumatına görə, risk faktorları dəyişdirilməsi mümkün olmayan və dəyişdirilə bilən amillərə bölünür.

Dəyişilməz risk faktorları

  • Genetik meyllilik və irsiyyət;
  • Ailədə 2-ci tip diabet xəstələrinin olması;
  • 60 yaşdan yuxarı olmaq;
  • Doğularkən bədən çəkisinin 2,5 kiloqramdan az və ya 4 kiloqramdan çox olması.

Dəyişə bilən risk faktorları

  • Qarın nahiyəsində piylənmə (visseral piylənmə);
  • Qanda lipid mübadiləsinin pozulması (dislipidemiya);
  • Oturaq həyat tərzi;
  • Qeyri-sağlam qidalanma (əsas kalorinin axşam və gecə saatlarında qəbul edilməsi, meyvə-tərəvəzin az, şəkər və heyvani yağların çox istehlakı);
  • Sərt və balanssız pəhrizlər nəticəsində çəkinin kəskin dəyişməsi;
  • Yüksək arterial təzyiq;
  • Yuxu pozğunluqları;
  • Davamlı stress.

Mütəxəssislər qeyd edirlər ki, sağlam qidalanma, müntəzəm fiziki aktivlik və bədən çəkisinin normada saxlanılması 2-ci tip diabet riskini əhəmiyyətli dərəcədə azalda bilər.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.