Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Baş Yazı

Azərbaycan Fransaya sərt cavab verdi –

User 30 İyul 2026 - 21:12 (Last updated: 30 İyul 2026 - 21:12)
xin

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Fransanın Avropa və Xarici İşlər Nazirliyinin Fransa vətəndaşı Martin Rayan barəsində çıxarılmış məhkəmə hökmü ilə bağlı 30 iyul tarixli bəyanatına sərt reaksiya verib.

XİN-in mətbuat katibi Ayxan Hacızadənin şərhində bildirilib ki, Fransa tərəfinin məhkəmə prosesini şübhə altına alan və Azərbaycana qarşı əsassız ittihamlar irəli sürən bəyanatı qətiyyətlə rədd edilir.

Qeyd olunub ki, Martin Rayan barəsində cinayət işi Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun araşdırılıb və məhkəmə təqdim olunan sübutlar, eləcə də irəli sürülən ittihamlar əsasında qərar qəbul edib. Apellyasiya instansiyasının qərarı da ölkə qanunvericiliyi çərçivəsində keçirilmiş məhkəmə prosesinin nəticəsi olub.

XİN vurğulayıb ki, Fransanın məhkəmə prosesinə siyasi don geyindirməsi, Azərbaycan məhkəmələrinin fəaliyyətinə müdaxilə xarakteri daşıyan bəyanatlar verməsi, “əsassız saxlanılma” və “ədalətsiz məhkəmə araşdırması” ilə bağlı iddialar səsləndirməsi qəbuledilməzdir.

Ayxan Hacızadə qeyd edib ki, məhkəmə prosesi zamanı təqsirləndirilən şəxsin bütün prosessual hüquqları Azərbaycan qanunvericiliyinə və ölkənin beynəlxalq öhdəliklərinə uyğun şəkildə təmin edilib. O bildirib ki, Fransanın Azərbaycandakı səfirliyinin konsulluq nümayəndələrinin bütün məhkəmə iclaslarında iştirak etməsi də prosesin şəffaf keçirildiyini təsdiqləyir.

Sonda Xarici İşlər Nazirliyi Fransa tərəfini Azərbaycanın suverenliyinə, daxili işlərinə və müstəqil məhkəmə sisteminə hörmət etməyə, həmçinin ikitərəfli münasibətlərə zərər vuran əsassız ittihamlardan çəkinməyə çağırıb.

AzPost.az

Post navigation

Previous: Prezident İlham Əliyev və daha 3 dövlət başısı Qolf Klubun açılışında iştirak edib
Next: Rusiya hokkey yığması dünya çempionatına buraxılmadı

Oxşar xəbərlər

azeri britani
  • Baş Yazı

Azərbaycan və Britaniya Strateji Tərəfdaşlıq haqqında Bəyannamə imzaladı

User 12 Noyabr 2026 - 23:26
ilham pasinyan dublin
  • Baş Yazı

İlham Əliyev və Paşinyan Dublində nəyi müzakirə etdi? – 105 min ton yük və TRIPP

User 12 Noyabr 2026 - 21:09
ilham pasinyan dublin
  • Baş Yazı

Dublində Prezident İlham Əliyevlə Paşinyanın görüşü keçirilir – VİDEO

User 12 Noyabr 2026 - 20:14

xƏBƏR

azeri britani
  • Baş Yazı

Azərbaycan və Britaniya Strateji Tərəfdaşlıq haqqında Bəyannamə imzaladı

User 12 Noyabr 2026 - 23:26
Azərbaycan Respublikası və Birləşmiş Krallıq arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə imzalanıb. Bəyannaməni Azərbaycan Prezidenti İlham Əliyev və...
Read more about Azərbaycan və Britaniya Strateji Tərəfdaşlıq haqqında Bəyannamə imzaladı
Nvidia-nın dəyəri bir gündə 515 milyard dollar azaldı – Səhmlər niyə çökdü? nvida sedr
  • Sosial

Nvidia-nın dəyəri bir gündə 515 milyard dollar azaldı – Səhmlər niyə çökdü?

User 12 Noyabr 2026 - 23:19
İlham Əliyev Yunanıstanın Baş naziri ilə görüşüb ilham yunan bas nazir
  • Siyasət

İlham Əliyev Yunanıstanın Baş naziri ilə görüşüb

User 12 Noyabr 2026 - 22:49
İlham Əliyev və Paşinyan Dublində nəyi müzakirə etdi? – 105 min ton yük və TRIPP ilham pasinyan dublin
  • Baş Yazı

İlham Əliyev və Paşinyan Dublində nəyi müzakirə etdi? – 105 min ton yük və TRIPP

User 12 Noyabr 2026 - 21:09
Britaniya Rusiyanın 10 ən iri neft şirkətinə sanksiya tətbiq etdi – Siyahıda kimlər var? britaniya bas nazir
  • Dünya

Britaniya Rusiyanın 10 ən iri neft şirkətinə sanksiya tətbiq etdi – Siyahıda kimlər var?

User 12 Noyabr 2026 - 21:03
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.