Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Maraqlı

Mütəxəssis xəbərdarlıq etdi –

User 01 Avqust 2026 - 11:15 (Last updated: 01 Avqust 2026 - 01:10)
Dərin yuxu

Dərin yuxu

Yanlış yuxu vəziyyəti onurğaya əlavə yük salaraq bel və boyun ağrılarına səbəb ola bilər. Mütəxəssislər sağlam yuxu üçün bədənin düzgün vəziyyətdə olmasının vacibliyini vurğulayırlar.

Azpost.info xəbər verir ki, bu barədə The Mirror nəşri məlumat yayıb.

Fizioterapevt Semmi Marqonun sözlərinə görə, insanların əksəriyyəti dörd əsas vəziyyətdən birində yatır: sağ və ya sol böyrü üstə, üzüaşağı və ya arxası üstə.

Mütəxəssis baş, boyun və onurğanın eyni xətt üzərində qalmasını təmin edən neytral vəziyyətdə yatmağı tövsiyə edir. Bu, onurğaya düşən yükü azaldır və bədənin bərabər dəstəklənməsinə kömək edir.

Semmi Marqo xüsusilə üzüaşağı yatmağı sevənlərə xəbərdarlıq edib. Onun sözlərinə görə, başın uzun müddət yana çevrilmiş vəziyyətdə qalması boyun nahiyəsində gərginlik yaradır və zamanla ağrılara səbəb ola bilər.

Arxası üstə yatanlara da diqqətli olmaq tövsiyə olunur. Ayaqların tam düz vəziyyətdə saxlanılması belin aşağı hissəsinə əlavə yük yarada bilər. Bu səbəbdən dizlərin altına kiçik yastıq qoymaq və ya ayaqları bir qədər bükülü vəziyyətdə saxlamaq daha faydalıdır.

Fizioterapevt bel ağrılarının qarşısını almaq üçün bədənin formasını alan “memory foam” (yaddaş effektli) döşəklərdən istifadə etməyi də məsləhət görür. Belə döşəklər təzyiqi bərabər paylayaraq onurğaya daha yaxşı dəstək verir.

Məqalədə yuxunun keyfiyyətinə mənfi təsir göstərən qidalar da sadalanıb. Bunlara aşağıdakılar daxildir:

  • kofein tərkibli qəhvə, çay, şokolad və enerji içkiləri;
  • yağlı və fast-food məhsulları;
  • şəkərli qidalar və şirniyyatlar;
  • qırmızı ət;
  • acılı yeməklər;
  • spirtli içkilər.

Mütəxəssislər bildirirlər ki, bu məhsullar yatmazdan əvvəl qəbul edildikdə yuxuya getməyi çətinləşdirə, həzmi ləngidə və gecə yuxusunun keyfiyyətini aşağı sala bilər.

AzPost.az

Post navigation

Previous: 11 dəqiqə kliniki ölüm yaşadı: “Cənnəti və cəhənnəmi gördüm”
Next: Telefon niyə noutbukdan çox gec enerji yığır?

Oxşar xəbərlər

video telefon 1960
  • Maraqlı

60 il əvvəl İlk video telefon belə görünürdü – İlk aparatın 100 illik sirri / FOTOXRONİKA

User 31 Oktyabr 2026 - 12:43
urek mualice
  • Maraqlı

Ürək xəstəliyinin 8 gizli əlaməti – Pilləkən çıxarkən tez yorulursunuzsa, diqqətli olun

User 30 Oktyabr 2026 - 23:51
kosmetika qoc
  • Maraqlı

Üzdə qırışların yaranmasını ləngidən meyvə – Kosmetoloq şərhi

User 30 Oktyabr 2026 - 21:11

xƏBƏR

jurnalist doy
  • Media

Bakıda APA TV -nin əməkdaşı döyülüb – VİDEO

User 01 Noyabr 2026 - 11:32
APA TV-nin əməkdaşı Bakının Nizami rayonunda yerləşən taxta bazarında baş vermiş güclü yanğın hadisəsini işıqlandırarkən hücuma məruz...
Read more about Bakıda APA TV -nin əməkdaşı döyülüb – VİDEO
Tramp və Netanyahu arasında telefon danışığı olub tramp netanyahu
  • Dünya

Tramp və Netanyahu arasında telefon danışığı olub

User 01 Noyabr 2026 - 11:00
ABŞ İranla birbaşa danışıqlara başlayır? – Dohada ilkin razılaşma əldə olundu abs iran danisiq
  • Dünya

ABŞ İranla birbaşa danışıqlara başlayır? – Dohada ilkin razılaşma əldə olundu

User 31 Oktyabr 2026 - 22:39
Qaxda 7 nəfər qidadan zəhərlənib, 5-i Bakıya təxliyə edilib Tibbi Yardım
  • Sosial

Qaxda 7 nəfər qidadan zəhərlənib, 5-i Bakıya təxliyə edilib

User 31 Oktyabr 2026 - 21:55
ABŞ İranla bağlı çoxsaylı məsləhətləşmələr aparır – Dövlət katibi rubio
  • Dünya

ABŞ İranla bağlı çoxsaylı məsləhətləşmələr aparır – Dövlət katibi

User 31 Oktyabr 2026 - 21:27
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.