Səhər acqarına qarpız yemək olarmı?- Mütəxəssislər faydaları və riskləri açıqlayır

Yay mövsümünün ən sevilən meyvələrindən biri qarpızdır. Tərkibinin təxminən 90 faizindən çoxu sudan ibarət olduğuna görə o, həm susuzluğu yatırır, həm də orqanizmi sərinləşdirir.

Lakin bir çox insanı maraqlandıran sual var: qarpızı acqarına yemək sağlamlıq üçün faydalıdır, yoxsa zərərlidir?

Dietoloqlar bildirirlər ki, sağlam insanlarda səhər acqarına qarpız yemək ciddi problem yaratmır. Meyvə orqanizmi maye ilə təmin edir, C vitamini, A vitamini və likopen kimi antioksidantlarla zəngindir.

Bununla belə, həssas mədəsi olan insanlarda qarpız köp, narahatlıq və həzm problemlərinə səbəb ola bilər. Şəkərli diabet xəstələrinin isə qarpızı porsiya nəzarəti ilə qəbul etməsi tövsiyə edilir.

Mütəxəssislər qarpızı ağır yeməkdən dərhal sonra yeməyi də məsləhət görmürlər. Bu, həzmi ləngidə və narahatlıq yarada bilər.

Dietoloqların fikrincə, qarpızı gün ərzində ayrıca qəlyanaltı kimi qəbul etmək daha faydalıdır. Yetkin insanlar üçün gündə 300-500 qram qarpız kifayət hesab edilir.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.