Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Maraqlı

Əvvəl toyuq yaranıb, yoxsa yumurta? –

User 03 Avqust 2026 - 09:30 (Last updated: 03 Avqust 2026 - 08:16)
toyuq yumurta

“Əvvəl toyuq yaranıb, yoxsa yumurta?” sualı uzun illərdir ən məşhur fəlsəfi tapmacalardan biri hesab olunur. Lakin alimlər bildirirlər ki, bu sualın cavabı onun necə başa düşülməsindən asılıdır.

Azpost.info bildirir ki, bu barədə “İsrael Hayom” nəşri yazıb.

Bioloji baxımdan ilk olaraq yumurta meydana gəlib. Müasir toyuqlar yaranmazdan milyonlarla il əvvəl qədim sürünənlər, dinozavrlar və ilk quşlar yumurta qoyurdular. Buna görə də yumurta vasitəsilə çoxalma mexanizmi toyuqlardan xeyli əvvəl mövcud idi.

Ancaq söhbət məhz toyuq yumurtasından gedirsə, vəziyyət fərqlidir.

Araşdırmalar göstərib ki, möhkəm yumurta qabığının formalaşması üçün OC-17 adlı xüsusi zülal lazımdır. Bu zülal yalnız toyuğun yumurtalıqlarında istehsal olunur.

OC-17 zülalı yumurta qabığını təşkil edən kalsium kristallarının yaranmasını sürətləndirir. Məhz bu proses sayəsində toyuq təxminən bir sutka ərzində tam formalaşmış yumurta yarada bilir. Bu zülal olmadan bildiyimiz sərt qabıqlı toyuq yumurtasının əmələ gəlməsi mümkün deyil.

Bu nəticə britaniyalı alimlərin yumurta qabığının formalaşma mexanizmini kompüter modelləşdirilməsi vasitəsilə araşdırdıqları tədqiqat zamanı əldə olunub. Alimlərin əsas məqsədi məşhur tapmacaya cavab vermək deyil, tibb və sənayedə tətbiq oluna biləcək kristallaşma proseslərini öyrənmək idi.

Bununla belə, tədqiqatın nəticələri yeni müzakirələrə səbəb olub.

Əgər söhbət məhz toyuq yumurtasından gedirsə, o, toyuq olmadan yarana bilməz. Çünki yumurta qabığının əmələ gəlməsi üçün zəruri olan OC-17 zülalı yalnız toyuğun orqanizmində istehsal olunur.

Araşdırmanın müəllifləri isə vurğulayırlar ki, onların məqsədi qədim tapmacaya qəti cavab vermək olmayıb. Onların fikrincə, “toyuq toyuq yumurtasından əvvəl yaranıb” nəticəsi yalnız müasir toyuq yumurtasına aiddir və yumurtanın çoxalma üsulu kimi toyuqlardan milyonlarla il əvvəl mövcud olması faktını təkzib etmir.

N.Talıblı

AzPost.az

Post navigation

Previous: Misirdə sensasion kəşf –
Next: Süni intellekt sizin yerinizə alış-veriş edəcək, yazışacaq və qərarlar verəcək –

Oxşar xəbərlər

çay
  • Maraqlı

Çayxorların bilməli olduğu 5 mühüm məqam – Nələr sağlamlığa zərər verə bilər?

User 03 Noyabr 2026 - 20:05
buzlaqlar
  • Maraqlı

Antarktidada “Qiyamət günü buzlağı” sürətlə əriyir – Alimlərdən yeni proqnoz

User 03 Noyabr 2026 - 17:40
Kainat
  • Maraqlı

Kainatın sonuna niyə gedə bilmirik? – Alimlərin hələ də cavab tapa bilmədiyi sirr

User 03 Noyabr 2026 - 11:44

xƏBƏR

lukoyl
  • İqtisadiyyat

ABŞ-li milyarder “Lukoyl” aktivlərini almağa hazırlaşır – 22 milyard dollarlıq portfel satışda

User 03 Noyabr 2026 - 22:40
ABŞ-li milyarder Todd Boelinin rəhbərlik etdiyi investorlar konsorsiumu ABŞ sanksiyaları altında olan Rusiyanın “Lukoyl” neft şirkətinin xarici...
Read more about ABŞ-li milyarder “Lukoyl” aktivlərini almağa hazırlaşır – 22 milyard dollarlıq portfel satışda
Gəncədə bacıoğlu 88 yaşlı xalasını döyərək öldürüb Qətl
  • Kriminal

Gəncədə bacıoğlu 88 yaşlı xalasını döyərək öldürüb

User 03 Noyabr 2026 - 22:23
Çayxorların bilməli olduğu 5 mühüm məqam – Nələr sağlamlığa zərər verə bilər? çay
  • Maraqlı

Çayxorların bilməli olduğu 5 mühüm məqam – Nələr sağlamlığa zərər verə bilər?

User 03 Noyabr 2026 - 20:05
İran müharibəsinin Avropaya maliyyə zərəri açıqlandı -127 milyard avro! hormuz
  • İqtisadiyyat

İran müharibəsinin Avropaya maliyyə zərəri açıqlandı -127 milyard avro!

User 03 Noyabr 2026 - 19:50
Paşinyan TRIPP layihəsi ilə bağlı danışdı – Cənubi Qafqazın yeni rolu nə olacaq? pasinyan01
  • Dünya

Paşinyan TRIPP layihəsi ilə bağlı danışdı – Cənubi Qafqazın yeni rolu nə olacaq?

User 03 Noyabr 2026 - 19:39
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.