Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Dünyanın küçə yeməkləri ən yaxşı olan 10 şəhəri açıqlandı

User 04 Avqust 2026 - 08:44 (Last updated: 04 Avqust 2026 - 08:17)
kabab kuce

Bəzi ölkə və şəhərlər uzun illərdir küçə yeməkləri ilə məşhurdur. Dünyanın müxtəlif yerlərindən qurmanlar kabab şişlərindən tutmuş yerli qəlyanaltılara qədər fərqli dadları sınamaq üçün həmin məkanlara səfər edirlər. Lakin yeni araşdırma küçə yeməkləri üzrə dünyanın ən yaxşı şəhərini müəyyənləşdirib və nəticə bir çoxları üçün gözlənilməz olub.

Euronews-un məlumatına görə, Radical Storage şirkətinin apardığı araşdırmada Fransanın paytaxtı Paris küçə yeməkləri üzrə dünyanın ən yaxşı şəhəri seçilib.

Tədqiqat çərçivəsində dünyanın ən çox ziyarət edilən 100 şəhərində fəaliyyət göstərən 6 897 küçə yeməyi məkanı təhlil edilib.

Qiymətləndirmə zamanı aşağıdakı meyarlar nəzərə alınıb:

-4 və daha yüksək ulduz reytinqinə malik məkanların sayı;

-təqdim olunan mətbəxlərin müxtəlifliyi;

-vegetarian, veqan və qlütensiz yemək seçimləri;

-büdcəyə uyğun məkanların payı;

-hər kvadrat kilometrə düşən küçə yeməyi məntəqələrinin sıxlığı.

Araşdırmada küçə yeməyi dedikdə təkcə küçə köşkləri və food truck-lar deyil, həm də ənənəvi küçə yeməkləri təqdim edən restoranlar nəzərdə tutulub.

Yekun nəticəyə ən çox təsir edən göstərici küçə yeməyi məntəqələrinin sıxlığı olub və bu meyar ümumi balın 30 faizini təşkil edib. Büdcəyə uyğun məkanların payı 20 faiz, qalan meyarların hər biri isə 10 faiz çəkiyə malik olub.

Paris 10 mümkün baldan 7,2 bal toplayaraq ilk sırada qərarlaşıb. Şəhərdəki 401 küçə yeməyi məkanının 69,1 faizi 4 və daha yüksək ulduz reytinqinə malikdir. Bundan başqa, Parisdə hər kvadrat kilometrə 3,82 küçə yeməyi məntəqəsi düşür.

İkinci və üçüncü yerləri Yunanıstanın Afina və Saloniki şəhərləri tutub. Afina 6,9 bal qazanaraq 29 fərqli mətbəxi və yüksək sıxlığı ilə seçilib. Saloniki isə 6,1 bal toplayıb və burada küçə yeməyi məkanlarının 77,1 faizi büdcəyə uyğun hesab olunur.

Yunanıstanın Rodos adası 4 və daha yüksək reytinq alan məkanların payına görə birinci olub. London isə 39 müxtəlif dünya mətbəxi təqdim etməklə ən zəngin seçimə malik şəhər seçilib.

Küçə yeməkləri üzrə dünyanın ən yaxşı 10 şəhəri:

  1. Paris (Fransa)
  2. Afina (Yunanıstan)
  3. Saloniki (Yunanıstan)
  4. Barselona (İspaniya)
  5. London (Böyük Britaniya)
  6. Rodos (Yunanıstan)
  7. Roma (İtaliya)
  8. Hanoy (Vyetnam)
  9. Budapeşt (Macarıstan)
  10. Amsterdam (Niderland)

AzPost.az

Post navigation

Previous: Türkiyədə 2 500 illik nəhəng mərmər heykəl tapıldı –
Next: Süni intellekt həkimləri də çaşdırır –

Oxşar xəbərlər

eli kerimli
  • Sosial

Əli Kərimlinin məhkəməsi başlayıb

User 03 Noyabr 2026 - 15:45
pese mekteb
  • Sosial

Azərbaycanda hansı peşələr yox olmaq təhlükəsi ilə üz-üzədir? – Süni intellekt iş bazarını dəyişir

User 03 Noyabr 2026 - 14:35
bextiyar dali
  • Sosial

Novxanıdakı məşhur “milyonluq saray”ın sahibi həbs edildi

User 03 Noyabr 2026 - 14:11

xƏBƏR

sebuhi
  • Siyasət

Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib – SƏRƏNCAM / DOSYE

User 03 Noyabr 2026 - 16:26
Səbuhi Əhəd oğlu Sadıqov Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin sədri təyin edilib. Prezident İlham Əliyev bununla bağlı...
Read more about Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib – SƏRƏNCAM / DOSYE
KTMT-dən Azərbaycan və Ermənistanla bağlı açıqlama: Sülh sazişinə ümid edirlər KTMT
  • Dünya

KTMT-dən Azərbaycan və Ermənistanla bağlı açıqlama: Sülh sazişinə ümid edirlər

User 03 Noyabr 2026 - 15:50
Əli Kərimlinin məhkəməsi başlayıb eli kerimli
  • Sosial

Əli Kərimlinin məhkəməsi başlayıb

User 03 Noyabr 2026 - 15:45
Kartdan pul çıxaranları hansı xərclər gözləyir? – 1 faizlik vergi kimlərə aiddir? Kart
  • İqtisadiyyat

Kartdan pul çıxaranları hansı xərclər gözləyir? – 1 faizlik vergi kimlərə aiddir?

User 03 Noyabr 2026 - 15:43
Tramp üçün həlledici seçki: 57 milyon insan artıq səs verib – Konqres kimin nəzarətinə keçəcək? abs konqres
  • Dünya

Tramp üçün həlledici seçki: 57 milyon insan artıq səs verib – Konqres kimin nəzarətinə keçəcək?

User 03 Noyabr 2026 - 15:33
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.