Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Maraqlı

Yerin nüvəsində elektrik keçirən maye hidrogen mövcud ola bilər –

User 05 Avqust 2026 - 10:00 (Last updated: 04 Avqust 2026 - 21:26)
yeri nuve

ABŞ alimləri Yerin daxili nüvəsində hidrogenin davranışını modelləşdirərək belə nəticəyə gəliblər ki, burada “superion hidrogen” adlandırılan xüsusi maddə mövcud ola bilər. Bu maddə eyni zamanda həm maye kimi axa, həm də elektrik cərəyanını keçirə bilir.

Araşdırmanın nəticələri PNAS elmi jurnalında dərc olunub.

Superion hidrogen nədir?

Alimlər dəmir-hidrogen ərintisinin iki kristal quruluşunu – heksaqonal sıx qablaşdırılmış (HCP) və həcm mərkəzli kubik (BCC) strukturlarını araşdırıblar.

Adi şəraitdə BCC quruluşu daha az sabit və daha yüksək reaksiya qabiliyyətinə malikdir. Bu struktur yalnız temperaturun 6400 kelvindən yuxarı, hidrogenin payının 20 faizdən çox, təzyiqin isə təxminən 3,6 milyon atmosfer olduğu şəraitdə nisbətən sabit qala bilir. Lakin alimlərin hesablamalarına görə, belə ekstremal şərait maddənin kristal quruluşunu qorumaqdan daha çox onun tam əriməsinə səbəb olar.

Bu səbəbdən tədqiqatçılar hesab edirlər ki, superion hidrogenin HCP quruluşunda mövcud olması daha realdır. Bu faza Yerin xarici nüvəsindəki maye maddə ilə yanaşı mövcud ola bilər.

Yerin maqnit sahəsinin yaranmasında mühüm rol oynaya bilər

Modelləşdirmə nəticəsində hidrogenin konsentrasiyasında radial gradient də aşkar edilib. Belə ki, xarici və daxili nüvə arasındakı sərhəddə hidrogenin miqdarı kəskin azalır.

Məlum olub ki, hidrogenin qatlar arasında mübadiləsi yalnız kristallaşma prosesi ilə məhdudlaşmır. Bu element daim yenidən paylanır və nəticədə kimyəvi üzmə qüvvəsi yaranır. Məhz bu proses Yerin maqnit sahəsini yaradan geodinamo mexanizminin fəaliyyətini dəstəkləyən əsas amillərdən biri hesab olunur.

Alimlərin məlumatına görə, Yerin daxili nüvəsi hər il təxminən 1 millimetr böyüyür. Hidrogenin nüvənin qatları arasında necə paylanması isə əsasən təzyiqdən deyil, temperaturdan asılıdır.

AzPost.az

Post navigation

Previous: CASCFEN Türk dünyası ilə bağlı daha bir layihənin icrasına başlayır
Next: Arıqlamaq istəyənlərin ən böyük səhvi –

Oxşar xəbərlər

badam
  • Maraqlı

Arıqlamaq istəyənlər üçün ən faydalı çərəz açıqlandı

User 18 Noyabr 2026 - 22:47
amazonka tayfa
  • Maraqlı

Meşədə insanlardan gizli yaşayan qəbilə kömək istədi – Səbəb nədir?

User 18 Noyabr 2026 - 15:26
sehra qum
  • Maraqlı

Qum təpələrinin sirri açıldı – Marsın və Yerin keçmiş iqlimi araşdırılır

User 18 Noyabr 2026 - 10:31

xƏBƏR

ceyhun hakan fidan
  • Siyasət

Ceyhun Bayramov Hakan Fidanla telefonla danışdı

User 18 Noyabr 2026 - 23:46
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla türkiyəli həmkarı Hakan Fidan arasında telefon danışığı baş tutub. “Hürriyet” qəzetinin...
Read more about Ceyhun Bayramov Hakan Fidanla telefonla danışdı
Gürcüstan və Rusiya rəsmiləri sabah ilk dəfə görüşəcək rus gurcu
  • Dünya

Gürcüstan və Rusiya rəsmiləri sabah ilk dəfə görüşəcək

User 18 Noyabr 2026 - 23:41
Paşinyan Azərbaycanla sülh sazişindən sonra istefa verəcəyini açıqladı pasinyan qurultay
  • Dünya

Paşinyan Azərbaycanla sülh sazişindən sonra istefa verəcəyini açıqladı

User 18 Noyabr 2026 - 23:06
Arıqlamaq istəyənlər üçün ən faydalı çərəz açıqlandı badam
  • Maraqlı

Arıqlamaq istəyənlər üçün ən faydalı çərəz açıqlandı

User 18 Noyabr 2026 - 22:47
Əkrəm İmamoğluna 2 il 1 ay həbs cəzası verildi – Siyasi hüquqları məhdudlaşdırılır ekrem im
  • Dünya

Əkrəm İmamoğluna 2 il 1 ay həbs cəzası verildi – Siyasi hüquqları məhdudlaşdırılır

User 18 Noyabr 2026 - 22:09
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.