Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

CASCFEN Türk dünyası ilə bağlı daha bir layihənin icrasına başlayır

User 05 Avqust 2026 - 09:50 (Last updated: 06 Avqust 2026 - 10:02)
casfen esas

“Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” (CASCFEN) İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin qrant müsabiqəsinin qalibi olaraq “Şuşa Bəyannaməsindən Türk Dövlətləri Təşkilatına” adlı layihənin icrasına başlayıb.

Bu barədə CASCFEN-in Mətbuat xidmətindən məlumat veriib.

Bildirilib ki, layihə Türk dünyasının həm tarixi-mədəni köklərini, həm hərbi-siyasi birliyini, həm də müasir strateji əməkdaşlıq istiqamətlərini bir platformada Türk dünyası ictimaiyyətinə, o cümlədən uşaq, yeniyetmə və gənclərə çatdırmaq məqsədi daşıyır.

Məlumatda deyilir ki, 1 avqust-31 oktaybr 2026-cı il tarixləri arasında icra ediləcək layihə iki önəmli tarixə həsr edilib: “Bu il həm Şuşa Bəyannaməsinin imzalanmasının, həm də Türk Şurasının Türk Dövlətləri Təşkilatına çevrilməsinin 5-ci ildönümüdür. Layihə çərçivəsində bu iki tarixi hadisə ilə bağlı 10 mövzu üzrə müsahibələr, 3 internet tv verilişi hazırlanacaq, “Şuşa Bəyannaməsindən Türk Dövlətləri Təşkilatına” başlığı altında rəsm müsabiqəsi keçiriləcək.

Layihənin yekunu olaraq isə Bakıda eyni adlı beynəlxalq konfrans keçiriləcək.
Qeyd edək ki, mediada dərc ediləcək mövzular üzrə müsahibələr əməkdaşlığın bütün sahələrini əhatə edəcək. Həm Azərbaycandan, həm də digər türk dövlətlərindən olan ictimai fəallardan, tanınmış şəxslərdən və elm adamlarından (hər mövzu üzrə iki nəfər olmaqla) müsahibələr götürüləcək.
İnternet TV verilişləri də Türk dünyasının inteqrasiyasına xidmət edən aktual mövzulara həsr ediləcək.

Rəsm müsabiqəsinin elanı və qaydalar isə yaxın 2-3 gün ərzində mediada və sosial şəbəkələrdə yayımlanacaq”

AzPost.az

Post navigation

Previous: ABŞ-İran razılaşması nefti ucuzlaşdırdı –
Next: Yerin nüvəsində elektrik keçirən maye hidrogen mövcud ola bilər –

Oxşar xəbərlər

White,Sugar,In,Wood,Spoon,On,Wood,Table
  • Sosial

Ağ şəkəri nə ilə əvəz etmək olar? – Həkim şərhi

User 18 Noyabr 2026 - 18:50
tezyiq
  • Sosial

Dərmansız qan təzyiqini necə aşağı salmaq olar? – 4 təbii üsul

User 18 Noyabr 2026 - 18:28
Azərbaycanda vəkillərin
  • Sosial

Bu il 6 vəkil Kollegiyadan xaric olunub, 27 nəfər cərimələnib

User 18 Noyabr 2026 - 18:00

xƏBƏR

ceyhun hakan fidan
  • Siyasət

Ceyhun Bayramov Hakan Fidanla telefonla danışdı

User 18 Noyabr 2026 - 23:46
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla türkiyəli həmkarı Hakan Fidan arasında telefon danışığı baş tutub. “Hürriyet” qəzetinin...
Read more about Ceyhun Bayramov Hakan Fidanla telefonla danışdı
Gürcüstan və Rusiya rəsmiləri sabah ilk dəfə görüşəcək rus gurcu
  • Dünya

Gürcüstan və Rusiya rəsmiləri sabah ilk dəfə görüşəcək

User 18 Noyabr 2026 - 23:41
Paşinyan Azərbaycanla sülh sazişindən sonra istefa verəcəyini açıqladı pasinyan qurultay
  • Dünya

Paşinyan Azərbaycanla sülh sazişindən sonra istefa verəcəyini açıqladı

User 18 Noyabr 2026 - 23:06
Arıqlamaq istəyənlər üçün ən faydalı çərəz açıqlandı badam
  • Maraqlı

Arıqlamaq istəyənlər üçün ən faydalı çərəz açıqlandı

User 18 Noyabr 2026 - 22:47
Əkrəm İmamoğluna 2 il 1 ay həbs cəzası verildi – Siyasi hüquqları məhdudlaşdırılır ekrem im
  • Dünya

Əkrəm İmamoğluna 2 il 1 ay həbs cəzası verildi – Siyasi hüquqları məhdudlaşdırılır

User 18 Noyabr 2026 - 22:09
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.