Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Rusiya sərt qaydalar tətbiq etdi –

User 06 Avqust 2026 - 12:40 (Last updated: 06 Avqust 2026 - 11:01)
miqrant rusiya

2026-cı ilin ilk altı ayında Rusiyaya səfər edən əcnəbilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 700 min nəfər azalıb.

Bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) Sərhəd Xidmətinin Vahid İdarələrarası İnformasiya-Statistika Sistemində dərc olunan məlumatlarına istinadən “Kommersant” qəzeti məlumat yayıb.

Statistikaya görə, 2026-cı ilin yanvar–iyun aylarında xarici ölkə vətəndaşları Rusiyaya 7,1 milyon dəfə səfər edib. Müqayisə üçün qeyd edək ki, 2025-ci ilin eyni dövründə bu göstərici 7,8 milyon idi.

Rusiyaya ən çox səfər edənlər arasında Özbəkistan vətəndaşları liderliyini qoruyub. İlk onluqda Çin, Qazaxıstan və Tacikistan da yer alıb.

Turizm məqsədilə Rusiyaya ilk altı ayda 676,4 min nəfər gəlib. Onların böyük əksəriyyəti – 380,5 min nəfər – Çin vətəndaşları olub. Sonrakı yerlərdə Türkmənistan (46 min), Türkiyə (36,9 min) və Səudiyyə Ərəbistanı (20,6 min) vətəndaşları qərarlaşıb.

İşləmək məqsədilə Rusiyaya gələn əcnəbilərin sayı isə 2,4 milyon olub. Ən böyük qrupu Özbəkistan (1,1 milyon), Tacikistan (494 min) və Qırğızıstan (289 min) vətəndaşları təşkil edib.

Bundan başqa, 202 min nəfər təhsil almaq üçün Rusiyaya gəlib. Təxminən 2,3 milyon səfər isə “şəxsi məqsədli” kimi qeydə alınıb. Bu kateqoriyada əsasən Qazaxıstan, Özbəkistan və Abxaziyadan gələnlər üstünlük təşkil edib.

Rusiya Təhlükəsizlik Şurasının məlumatına əsasən, 2026-cı ilin may ayında ölkədə 6,1 milyon xarici vətəndaş olub. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 700 min nəfər azdır. Aprelin 1-nə olan məlumata görə isə qüvvədə olan əmək patentinə malik əcnəbilərin sayı 1,7 milyon nəfər təşkil edib.

Ekspertlər hesab edirlər ki, əcnəbilərin sayındakı azalma son illərdə Rusiyada miqrasiya nəzarətinin əhəmiyyətli dərəcədə sərtləşdirilməsi ilə bağlıdır.

Belə ki, 2025-ci ildə ölkədə “nəzarətdə olan şəxslər” reyestri yaradılıb. Bu siyahıya daxil edilən əcnəbilərə bank hesablarının bloklanması və deportasiya da daxil olmaqla müxtəlif məhdudiyyətlər tətbiq olunur.

Moskva və Moskva vilayətində bəzi miqrantlar mobil tətbiq vasitəsilə olduqları yer barədə məlumat verməyə məcbur edilib. 2026-cı ildən isə Rusiyada 90 gündən artıq qalacaq əcnəbilər üçün İİV (HİV) infeksiyası və narkotik istifadəsi ilə bağlı məcburi testlər tətbiq olunub.

Bundan əlavə, avqust ayında Rusiya Prezidenti Vladimir Putin inzibati xətaların siyahısını genişləndirən qanunu imzalayıb. Yeni qaydalara əsasən, daha çox hüquq pozuntusuna görə əcnəbilərin deportasiya edilməsi mümkün olacaq.

AzPost.az

Post navigation

Previous: Ceyhun Bayramov həlak olmuş Ukrayna hərbçilərinin xatirəsini yad etdi
Next: Gündə neçə fincan qəhvə içmək təhlükəsizdir? –

Oxşar xəbərlər

ramiz
  • Sosial

AMEA-dan İsa Həbibbəylinin Ramiz Mehdiyevlə bağlı iddialara adının salınmasına cavab

User 07 Noyabr 2026 - 10:47
ilham pese
  • Sosial

İlham Əliyev Şuşa Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib

User 07 Noyabr 2026 - 10:17
et bazari
  • Sosial

Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq

User 06 Noyabr 2026 - 22:00

xƏBƏR

Super Tuesday primary election day
  • Dünya

Senator Sanders İrana qarşı müharibənin pulunu kəsməyə çağırdı

User 07 Noyabr 2026 - 11:07
ABŞ senatoru Berni Sanders Konqresin yeni tərkibində demokratları ABŞ-ın İrana qarşı müharibəsinin maliyyələşdirilməsini dayandırmağa çağırıb. Sanders cümə...
Read more about Senator Sanders İrana qarşı müharibənin pulunu kəsməyə çağırdı
ABŞ İrana qarşı 20 milyon dollar mükafat elan etdi – Vaşinqton hansı məlumatları axtarır? iran abs xerite
  • Dünya

ABŞ İrana qarşı 20 milyon dollar mükafat elan etdi – Vaşinqton hansı məlumatları axtarır?

User 07 Noyabr 2026 - 10:55
AMEA-dan İsa Həbibbəylinin Ramiz Mehdiyevlə bağlı iddialara adının salınmasına cavab ramiz
  • Sosial

AMEA-dan İsa Həbibbəylinin Ramiz Mehdiyevlə bağlı iddialara adının salınmasına cavab

User 07 Noyabr 2026 - 10:47
Tesla 100 il əvvəl smartfonları belə təsvir etmişdi – Onun daha hansı proqnozları gerçəkləşib? tesla
  • Araşdırma

Tesla 100 il əvvəl smartfonları belə təsvir etmişdi – Onun daha hansı proqnozları gerçəkləşib?

User 07 Noyabr 2026 - 10:43
Azərbaycan neftinin qiyməti 107 dolları ötüb neft
  • İqtisadiyyat

Azərbaycan neftinin qiyməti 107 dolları ötüb

User 07 Noyabr 2026 - 10:26
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.