Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Gündə neçə fincan qəhvə içmək təhlükəsizdir? –

User 06 Avqust 2026 - 13:00 (Last updated: 06 Avqust 2026 - 11:08)
kofe

Kardiologiya sahəsində çalışan mütəxəssislər kofeinin təhlükəsiz gündəlik qəbul norması ilə bağlı tövsiyələrini yeniləyiblər. Yeni elmi araşdırmalar göstərir ki, qəhvənin ürəyə təsiri təkcə içilən fincanların sayından deyil, qəbul edilən kofeinin ümumi miqdarından asılıdır.

Mütəxəssislərin fikrincə, əksər sağlam insanlar üçün gündə 400 milliqrama qədər kofein təhlükəsiz hesab olunur. Lakin bu normanı fincan sayı ilə ölçmək düzgün deyil, çünki müxtəlif qəhvə növlərində kofeinin miqdarı fərqlənir.

Məsələn, bir porsiya espresso təxminən 75 milliqram, bir böyük fincan filtr qəhvəsi və ya fransız pressində hazırlanmış qəhvə isə 140 milliqrama qədər kofein ehtiva edə bilər.

Bu səbəbdən eyni sayda qəhvə içən iki nəfərin qəbul etdiyi kofein miqdarı və ürək-damar sisteminə düşən yük tamamilə fərqli ola bilər.

Kofein yalnız qəhvədə olmur

Həkimlər xatırladırlar ki, kofein yalnız qəhvə ilə qəbul edilmir. O, çayda, şokoladda, qazlı içkilərdə, bəzi qida əlavələrində və xüsusilə enerji içkilərində də mövcuddur.

Ən böyük narahatlıq isə enerji içkiləri ilə bağlıdır. Mütəxəssislər bildirirlər ki, yüksək dozada kofeinin şəkər və digər stimullaşdırıcı maddələrlə birlikdə qəbulu taxikardiya, arterial təzyiqin kəskin yüksəlməsi və ürək ritminin təhlükəli pozğunluqları riskini artırır.

Orta miqdarda qəhvə ürək üçün faydalı ola bilər

Elmi araşdırmalar göstərir ki, gündə 2–4 fincan keyfiyyətli qara qəhvə (təxminən 140–300 milliqram kofein) qəbul edən insanlarda ürəyin işemik xəstəliyi, xroniki ürək çatışmazlığı və insult riski daha aşağı ola bilər.

Alimlər bunu qəhvənin tərkibində olan antioksidantlar və polifenollarla əlaqələndirirlər. Bu maddələr damarların sağlamlığına müsbət təsir göstərir və iltihabi proseslərin azalmasına kömək edir.

Maksimum fayda isə şəkərsiz, şərbətsiz və yağlı süd əlavə edilmədən içilən qara qəhvədən əldə olunur.

Hər orqanizmin reaksiyası fərqlidir

Kardioloqlar vurğulayırlar ki, kofeinə həssaslıq hər insanda eyni deyil. Əgər bir fincan qəhvədən sonra narahatlıq, ürək döyüntüsünün sürətlənməsi, həddindən artıq həyəcan və ya yuxusuzluq yaranırsa, gündəlik kofein qəbulunu azaltmaq lazımdır.

Bu əlamətlər mütəmadi təkrarlanarsa, mütləq kardioloqa müraciət etmək tövsiyə olunur.

Mütəxəssislər bildirirlər ki, kofeinin təhlükəsiz istifadəsinin əsas qaydası gün ərzində qəbul olunan bütün gizli kofein mənbələrini nəzərə almaq və orqanizmin verdiyi siqnallara diqqətlə yanaşmaqdır.

AzPost.az

Post navigation

Previous: Rusiya sərt qaydalar tətbiq etdi –
Next: Putin Kiyevə hücumlarla nüfuzunu bərpa etməyə çalışır –

Oxşar xəbərlər

ramiz
  • Sosial

AMEA-dan İsa Həbibbəylinin Ramiz Mehdiyevlə bağlı iddialara adının salınmasına cavab

User 07 Noyabr 2026 - 10:47
ilham pese
  • Sosial

İlham Əliyev Şuşa Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib

User 07 Noyabr 2026 - 10:17
et bazari
  • Sosial

Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq

User 06 Noyabr 2026 - 22:00

xƏBƏR

ramiz
  • Sosial

AMEA-dan İsa Həbibbəylinin Ramiz Mehdiyevlə bağlı iddialara adının salınmasına cavab

User 07 Noyabr 2026 - 10:47
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) sosial şəbəkələrdə qurumun prezidenti İsa Həbibbəylinin Ramiz Mehdiyevin vəzifə verəcəyi şəxslər sırasında...
Read more about AMEA-dan İsa Həbibbəylinin Ramiz Mehdiyevlə bağlı iddialara adının salınmasına cavab
Tesla 100 il əvvəl smartfonları belə təsvir etmişdi – Onun daha hansı proqnozları gerçəkləşib? tesla
  • Araşdırma

Tesla 100 il əvvəl smartfonları belə təsvir etmişdi – Onun daha hansı proqnozları gerçəkləşib?

User 07 Noyabr 2026 - 10:43
Azərbaycan neftinin qiyməti 107 dolları ötüb neft
  • İqtisadiyyat

Azərbaycan neftinin qiyməti 107 dolları ötüb

User 07 Noyabr 2026 - 10:26
İlham Əliyev Şuşa Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib ilham pese
  • Sosial

İlham Əliyev Şuşa Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib

User 07 Noyabr 2026 - 10:17
Tramp marşrutu üzrə işlər başladı – Azərbaycan, ABŞ və Ermənistan texniki qruplar yaratdı az abs ermeni
  • Baş Yazı

Tramp marşrutu üzrə işlər başladı – Azərbaycan, ABŞ və Ermənistan texniki qruplar yaratdı

User 07 Noyabr 2026 - 10:11
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.