Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ukraynanın xarici işlər naziri Andrey Sibiqa ilə birlikdə Kiyevdə Ukrayna Xarici İşlər Nazirliyinin parkında yerləşən memorialı ziyarət edib.
Nazirlər memorial önünə əklil qoyaraq Ukraynanın həlak olmuş müdafiəçilərinin xatirəsini ehtiramla yad ediblər.
Səfər çərçivəsində Andrey Sibiqa və Ceyhun Bayramov Ukrayna istehsalı olan pilotsuz uçuş aparatlarının (PUA) nümayiş olunduğu sərgi ilə də tanış olublar.
Görüş zamanı tərəflər müdafiə sənayesində tətbiq olunan yerli texnologiyalar barədə məlumat alıblar.