Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Rauf Arifoğlu “Atəşgah” şirkətini sərt tənqid etdi

User 15 Avqust 2026 - 15:36 (Last updated: 15 Avqust 2026 - 15:36)
rauf

“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu səfər zamanı tibbi sığortadan istifadə ilə bağlı narazılığını açıqlayıb.

Rauf Arifoğlu sosial şəbəkə hesabında paylaşdığı yazıda illərdir xaricə səfərləri zamanı ABB tətbiqi üzərindən “Atəşgah” sığorta şirkətinin səfər sığortasını aldığını bildirib. Onun sözlərinə görə, hər səfərdən əvvəl 22 manata premium paket əldə edib.

Baş redaktor son xarici səfərində yüngül başgicəllənmə hiss etdiyini və uçuşdan əvvəl müayinədən keçmək qərarına gəldiyini qeyd edib. O, Bakıda məsləhətləşdiyi həkimlərin də təyyarəyə minməzdən əvvəl müayinədən keçməsini tövsiyə etdiyini yazıb.

Arifoğlu bundan sonra sığorta şirkətinə müraciət etdiyini, lakin prosesin onun üçün gözlədiyindən daha uzun və problemli olduğunu bildirib.

Onun sözlərinə görə, müraciətdən təxminən iki saat sonra hotelindən 65 dəqiqəlik məsafədə yerləşən xəstəxanaya yönləndirilib. Arifoğlu həmin tibb müəssisəsində MRT aparatının olmadığını müəyyən etdiyini və hotelə cəmi 2 kilometr məsafədə daha imkanlı xəstəxananın olduğunu bildirərək sığorta şirkətindən ora göndərilməsini istəyib.

Paylaşımda diqqət çəkən məqamlardan biri də sığorta şirkəti ilə ünsiyyət məsələsidir. Arifoğlu yazışmaların və telefon danışıqlarının əsasən ingilis, rus, bəzi hallarda isə türk dilində aparıldığını bildirib.

“Bir Azərbaycan şirkəti düşünün, onunla öz dilimizdə yazışmaq, danışmaq mümkün olmasın”, – deyə o, narazılığını ifadə edib.

Baş redaktorun sözlərinə görə, müraciətindən bir neçə saat keçdikdən sonra artıq təyyarənin uçuş vaxtı yaxınlaşıb. O, nəticədə öz qərarına və həkim Zülfüqar Yusifovun məsləhətinə güvənərək hava limanına getdiyini yazıb.

Arifoğlu qeyd edib ki, təyyarəyə çatmasına az qalmış sığorta şirkətindən mesaj gəlib və istədiyi şəhərdəki klinikada onu gözlədikləri bildirilib. Lakin həmin vaxt onun sözlərinə görə, ilkin müraciətdən artıq dörd saat keçib və təyyarənin qapısı bağlanıb.

Baş redaktor Bakıya qayıtdıqdan sonra müayinə olunduğunu və səhhətində ciddi problemin aşkarlanmadığını bildirib.

O, yaşadığı hadisənin nəticəsində xaricə səfər edən zaman sığortaya güvənməklə bağlı ciddi suallarının yarandığını vurğulayıb.

“Bu prosesdə anladım ki, bizim sığorta şirkətlərinə, ən azı, Atəşgaha arxayın olub, xaricdə xəstələnmək olmaz”, – deyə Rauf Arifoğlu paylaşımının sonunda yazıb.

Qeyd edək ki, Arifoğlunun paylaşımında səfər sığortasının konkret şərtləri, müraciətin hansı ölkədə edildiyi göstərilməyib.

AzPost.az

Post navigation

Previous: Emin Ağalarov “Sea Breeze”dəki faciə ilə bağlı açıqlama yayıb
Next: Ərəb Əmirlikləri İrandan Hörmüzü qeyd-şərtsiz açmağı tələb edib

Oxşar xəbərlər

Pensiya
  • Sosial

Ehtiyac meyarı niyə 314 manat olmalıdır? – İqtisadçıdan hökumətə çağırış

User 16 Noyabr 2026 - 20:13
qadinlarherbi
  • Sosial

Veteranların 80 manatlıq təqaüdü artırılacaqmı? – Nazirlikdən Azpost.info-ya rəsmi cavab

User 16 Noyabr 2026 - 17:05
bank
  • Sosial

500 manat əmanət gəlirinin 300 manatı vergiyə düşə bilər – Deputat açıqladı

User 16 Noyabr 2026 - 16:36

xƏBƏR

tramp
  • Dünya

“İran 9 min PUA atıb, cəmi ikisi hədəfə dəyib” – TRAMP

User 16 Noyabr 2026 - 20:17
ABŞ Prezidenti Donald Trampın sözlərinə görə, 2026-cı il fevralın 28-də “Epik qəzəb” (Epic Fury) əməliyyatı başlayandan bəri...
Read more about “İran 9 min PUA atıb, cəmi ikisi hədəfə dəyib” – TRAMP
Ehtiyac meyarı niyə 314 manat olmalıdır? – İqtisadçıdan hökumətə çağırış Pensiya
  • Sosial

Ehtiyac meyarı niyə 314 manat olmalıdır? – İqtisadçıdan hökumətə çağırış

User 16 Noyabr 2026 - 20:13
Litva da Rusiya ilə sərhədi bağlaya bilər – Estoniyanın qərarına dəstək verdi litva parle
  • Dünya

Litva da Rusiya ilə sərhədi bağlaya bilər – Estoniyanın qərarına dəstək verdi

User 16 Noyabr 2026 - 19:19
Putin Ukrayna məsələsində mövqeyini yumşaldır – TRAMP putin tramp
  • Dünya

Putin Ukrayna məsələsində mövqeyini yumşaldır – TRAMP

User 16 Noyabr 2026 - 18:59
Damarlarda trombun yarandığını göstərən əlamətlər – Ayaqlarda şişkinlik və ağrı ayaq sismek
  • Maraqlı

Damarlarda trombun yarandığını göstərən əlamətlər – Ayaqlarda şişkinlik və ağrı

User 16 Noyabr 2026 - 18:12
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.