Teleaparıcı İlham Mirzəyevin hazırkı səhhət vəziyyəti açıqlanıb.
Mərkəzi Klinikadan “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, xəstənin vəziyyəti ağır-stabil olaraq qiymətləndirilir.
Qeyd olunub ki, İlham Mirzəyev sol mədəciyin ön divarının miokard infarktı və kardiogen şok vəziyyətində xəstəxanaya yerləşdirilib.
Onun üzərində angioplastika əməliyyatı aparılıb və stent implantasiya edilib. Hazırda teleaparıcının müalicəsi kardioreanimasiya şöbəsində davam etdirilir.
Xatırladaq ki, İlham Mirzəyev bundan əvvəl sosial şəbəkə hesabında paylaşım edərək yaxınları və izləyiciləri ilə halallaşmış, onun üçün dua etmələrini xahiş etmişdi.