Çempionlar Liqasının favoritləri açıqlandı

ESPN 2026/27 mövsümündə UEFA Çempionlar Liqasını qazanmağa əsas namizəd hesab etdiyi 10 klubun siyahısını açıqlayıb.

Reytinqə son iki mövsümün qalibi və Fransa çempionu PSJ başçılıq edir. Paris klubu üçüncü dəfə ardıcıl Çempionlar Liqasının qalibi olmağa çalışacaq.

ESPN-in favoritlər siyahısı belədir:

  1. PSJ
  2. Arsenal
  3. Bayern Münhen
  4. Barselona
  5. Real Madrid
  6. Mançester Siti
  7. İnter
  8. Liverpul
  9. Atletiko Madrid
  10. Mançester Yunayted

Maraqlıdır ki, başqa proqnozlarda sıralama fərqlənir. Məsələn, Opta-nın superkompüter proqnozunda Arsenal favorit göstərilir, PSJ isə daha aşağı pillədə qərarlaşıb.

Çempionlar Liqasının 2026/27 mövsümünün ilk oyunları sentyabrın 8-də başlayır.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.