“”Sabah”ın işi çətin olacaq” –Rahid Əmirquliyev

“Qarabağ”ın heyətində “Çelsi”yə qarşı oyunda İngiltərədə olmuşam, matçı canlı izləmişəm. İngiltərədə atmosfer tam başqadır. Fikrimcə, İngiltərə Premyer Liqası dünyanın ən güclü çempionatıdır. Yeganə çempionatdır ki, hər turda autsayderlə favorit arasında fərq bilinmir, hər bir komanda digərindən xal ala bilər.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan millisinin sabiq futbolçusu Rahid Əmirquliyev “Sabah”ın UEFA Çempionlar Liqasının liqa mərhələsində bu gün İngiltərənin “Mançester Yunayted” klubu ilə keçirəcəyi I tur oyunu barədə danışarkən deyib.

O, matçın kifayət qədər çətin keçəcəyini bildirib: “Mançester Yunayted” həmişə çempionluq uğrunda mübarizə aparan komandadır. Ona görə “Sabah”ı üçün çox çətin sınaq gözləyir. Həm rəqib güclüdür, həm də stadionda atmosfer başqa cür olacaq”.

Hazırda “Səbail”də çıxış edən 37 yaşlı yarımmüdafiəçi komandalar arasındakı səviyyə fərqinin böyük olduğunu söyləyib: “Favorit “Mançester Yunayted” olsa da, inanıram ki, “Sabah” səfərdə yaxşı oyun göstərə biləcək. “Qarabağ”ın ötən mövsüm “Çelsi” ilə heç-heçə etməsi göstərdi ki, bu cür rəqiblərə qarşı oynamaq olar. Düşünürəm ki, “Sabah” “Mançester Yunayted”lə açıq futbol oynasa, işi çətin olacaq. Əks-hücumlara üstünlük versələr, rəqibi cəzalandıra bilərlər”.

Rahid Əmirquliyev futbolda hər şeyin mümkün olduğunu vurğulayıb: “Sabah” qalib də gələ bilər. Amma kağız üzərində “Mançester Yunayted” açıq-aşkar favoritdir. Oyun Bakıda olsaydı, hardasa qələbə və ya heç-heçəyə ümidimiz bir az çox olardı. Ancaq “Old Trafford”da “Mançester Yunayted”ə qalib gəlmək çox çətindir”.

Təcrübəli futbolçu “Sabah”ın İngiltərədən xalla qayıtmasının həm klub, həm də Azərbaycan üçün böyük uğur olacağını vurğulayıb: “İnanıram ki, “Sabah” ən azından yaxşı oyun nümayiş etdirəcək. Futbolçular əllərindən gələni edəcəklər ki, Azərbaycan xalqını sevindirsinlər”.

Qeyd edək ki, “Old Trafford” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.