Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

Hörmüz boğazı ilə bağlı kritik görüş –

User 11 Sentyabr 2026 - 13:19 (Last updated: 11 Sentyabr 2026 - 13:17)
hormuz

Fars körfəzi ölkələrinin xarici işlər nazirləri iranlı həmkarları ilə görüşməyi planlaşdırırlar.

Azpost.info bildirir ki, bu barədə Financial Times məlumat yayıb.

Oman və İranın təşəbbüsü ilə keçiriləcək görüşün məqsədi Hörmüz boğazında gəmiçiliyin müvəqqəti tənzimlənməsi ilə bağlı razılaşmaya dəstək qazanmaqdır. Bölgə ölkələri bu mühüm su arteriyası ətrafında gərginliyi azaltmağın yollarını axtarırlar.

Omanın təşəbbüsü ilə keçiriləcək görüş fevralda ABŞ və İsrailin İrana qarşı müharibəsi başlayandan sonra Körfəz Ərəb Dövlətləri Əməkdaşlıq Şurasının (KƏŞ) altı ölkəsinin xarici işlər nazirləri ilə İranın yüksək vəzifəli nümayəndəsi arasında ilk danışıqlar olacaq.

Məlumata görə, görüşün bazar ertəsi Omanın sahil şəhəri Salalada keçirilməsi planlaşdırılır. İki mənbə görüşün hələ yekun razılaşdırılmadığını, lakin bir sıra ölkələrin artıq iştirakını təsdiqlədiyini və tədbirin keçirilməsinin gözlənildiyini bildirib.

İki həftədən bir qədər əvvəl Tehran və Maskat Hörmüz boğazında gəmiçiliyin müvəqqəti tənzimlənməsi ilə bağlı razılaşmanın hazırlığını başa çatdırdıqlarını açıqlamışdılar. Razılaşmaya əsasən, gəmilər boğaza İran sularından daxil olacaq, çıxış isə əsasən Oman ərazisindən həyata keçiriləcək.

Diplomatlar isə xəbərdarlıq edirlər ki, boğazın tam açılması üçün ABŞ və İranın da razılığa gəlməsi lazımdır.

Bu təşəbbüs Körfəz ölkələrinin Tehranla münasibətlərdə gərginliyi azaltmaq istəyindən xəbər verir. İran qüvvələrinin ABŞ və İsrailin bombardmanlarına cavab olaraq ərəb qonşularına kütləvi raket və dron zərbələri endirməsindən sonra bölgə ölkələri münasibətləri yenidən qurmağa çalışırlar.

Mənbələrdən biri bildirib ki, İran və Omanın məqsədi Körfəz ölkələrini öz tərəflərinə çəkmək və bununla ABŞ-ın İran limanlarına tətbiq etdiyi blokadanın aradan qaldırılmasına nail olmaqdır.

Körfəz ölkələri isə öz növbəsində hər hansı razılaşmanın müvəqqəti xarakter daşımasına və gəmilərin boğaza maneəsiz daxil olub çıxmasına imkan verməsinə əmin olmaq istəyirlər.

AzPost.az

Post navigation

Previous: “TRİPP üzrə qaz kəməri çəkiləcək” –
Next: Sabaha olan hava proqnozu

Oxşar xəbərlər

putin
  • Dünya

Putin NATO-dan Pribaltika və Finlandiyadan çıxmağı tələb edir

User 26 Oktyabr 2026 - 23:06
buqda
  • Dünya

Rusiya “taxıl sazişi”nin bərpasını istəmir: Moskva səbəbini açıqladı

User 26 Oktyabr 2026 - 21:37
mekke-sazisi
  • Dünya

İran və “Məkkə Sazişi” ölkələri Tehranda bəyanat qəbul edib

User 26 Oktyabr 2026 - 20:02

xƏBƏR

putin
  • Dünya

Putin NATO-dan Pribaltika və Finlandiyadan çıxmağı tələb edir

User 26 Oktyabr 2026 - 23:06
Diplomatik mənbələr The Telegraph qəzetinə bildiriblər ki, Rusiyanın Ukrayna ilə bağlı danışıqlara Avropa ölkələrini cəlb etməkdə məqsədi...
Read more about Putin NATO-dan Pribaltika və Finlandiyadan çıxmağı tələb edir
Şamaxıda körpələr evi-uşaq bağçasının açılışı olub leyla baqca01
  • Sosial

Şamaxıda körpələr evi-uşaq bağçasının açılışı olub

User 26 Oktyabr 2026 - 22:44
Ətdən imtina sağlam qocalmağa kömək edə bilər kabab esas
  • Sosial

Ətdən imtina sağlam qocalmağa kömək edə bilər

User 26 Oktyabr 2026 - 21:50
Rusiya “taxıl sazişi”nin bərpasını istəmir: Moskva səbəbini açıqladı buqda
  • Dünya

Rusiya “taxıl sazişi”nin bərpasını istəmir: Moskva səbəbini açıqladı

User 26 Oktyabr 2026 - 21:37
Azərbaycan adambaşına ÜDM-ə görə dünyada 90-cı yerdədir bvf
  • İqtisadiyyat

Azərbaycan adambaşına ÜDM-ə görə dünyada 90-cı yerdədir

User 26 Oktyabr 2026 - 21:27
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.