Azərbaycan və Türkiyə arasında təmaslar müntəzəm şəkildə həyata keçirilir.
APA xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda Türkiyənin xarici işlər naziri Hakan Fidanla birgə keçirdiyi mətbuat konfransında deyib.
Ceyhun Bayramov bildirib ki, Hakan Fidanın Azərbaycanda olması iki ölkə arasında təmasların müzakirəsi baxımından mühüm fürsətdir.
“İki ölkə arasında dünyada bənzəri olmayan münasibətlər var. İki ölkənin işbirliyi kontekstində bütün sahələr Şuşa Bəyannaməsində öz əksini tapıb”, – nazir qeyd edib.
“Səfərin rəmzi mənası var”
Ceyhun Bayramov Hakan Fidanın səfərinin Azərbaycan-Türkiyə qardaşlıq münasibətləri baxımından xüsusi tarixə təsadüf etdiyini vurğulayıb.
Nazir xatırladıb ki, 108 il əvvəl – 1918-ci il sentyabrın 15-də Qafqaz İslam Ordusu Bakını azad edib.
“Hakan bəyin bugünkü səfərinin rəmzi mənası var”, – Ceyhun Bayramov əlavə edib.
Nazirin sözlərinə görə, Azərbaycan-Türkiyə münasibətləri qarşılıqlı əməkdaşlıq və strateji tərəfdaşlıq əsasında bütün sahələri əhatə edir.