Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Romada Azərbaycan Milli Musiqi Günü qeyd olunub

User 18 Sentyabr 2026 - 12:48 (Last updated: 18 Sentyabr 2026 - 12:48)
Romada Milli Musiqi Günü

Romada Milli Musiqi Günü və dahi bəstəkar, ölkəmizin professional musiqi sənətinin banisi, musiqişünas-alim, Şərqdə ilk operanın müəllifi, ictimai xadim Üzeyir Hacıbəylinin doğum gününə həsr olunmuş tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın İtaliyadakı səfirliyi və Azərbaycanın Romadakı Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə “Payız sədaları: Azərbaycan operasına ithaf” adlı konsert proqramında diplomatik korpus, akademik dairələr və media nümayəndələri, əcnəbi tələbələr və İtaliyada yaşayan həmyerlilərimiz iştirak ediblər.

Tədbirdə çıxış edən Azərbaycanın İtaliyadakı səfiri Elçin Hüseynli Milli Musiqi Gününün xüsusi əhəmiyyəti və Üzeyir Hacıbəylinin yaradıcılığı barədə məlumat verib. O, İtaliyada fəaliyyət göstərən və təhsil alan gənc azərbaycanlı musiqiçilərin rolunu “xalqlarımız arasında canlı körpülər” kimi səciyyələndirib, onların istedadı sayəsində Azərbaycanın zəngin musiqi irsinin İtaliya musiqi təhsilinin yüksək səviyyəsi ilə qovuşaraq, mədəniyyət, təhsil və ortaq bədii təcrübələr vasitəsilə iki ölkə arasındakı əlaqələrin möhkəmlənməsinə töhfə verən mədəni dialoq yaratdığını vurğulayıb.

Azərbaycan Mədəniyyət Mərkəzinin direktor müavini Gülnar Tağızadə Ü. Hacıbəylinin həyatı və yaradıcılıq irsi haqqında danışaraq, onun əsərlərinin Azərbaycan mədəniyyətinin beynəlxalq miqyasda tanınmasına verdiyi töhfələri xüsusilə qeyd edib.

Daha sonra Üzeyir Hacıbəylinin həyat və sənətinə həsr olunmuş videoçarx nümayiş olunub.

Konsert proqramı iki gənc azərbaycanlı ifaçı, beynəlxalq opera səhnəsinin istedadlı metso-sopranosu Elmina Həsən və yaradıcılıq və akademik təhsilini İtaliyada davam etdirən Cəlal Bəşirli tərəfindən təqdim olunub. Proqramda Üzeyir Hacıbəyli ilə yanaşı Azərbaycan və İtalyan bəstəkarlarının klassik əsərləri də səsləndirilib.

AzPost.az

Post navigation

Previous: Sabah 33 dərəcə isti olacaq
Next: Papuaşvili: Rusiya Gürcüstanın ərazi bütövlüyünü tanımalıdır

Oxşar xəbərlər

Pensiyaçı
  • Sosial

65 yaş tamam olur, amma pensiya verilmir? – Əsas şərtlər bunlardır

User 02 Noyabr 2026 - 22:45
avto cin
  • Sosial

Çin maşınlarına haker hücumu – Avtomobilləri işə salmaq mümkün olmur

User 02 Noyabr 2026 - 22:28
qida zerer
  • Sosial

Ürəyin 5 düşməni – Bu qidaları tez-tez yeyirsinizsə, diqqətli olun

User 02 Noyabr 2026 - 21:56

xƏBƏR

Əraqçi
  • Dünya

İran ABŞ-a xəbərdarlıq etdi – “Hücum etsələr, daha sərt cavab alacaqlar”

User 02 Noyabr 2026 - 23:22
“Biz dəfələrlə bəyan etmişik ki, güc yolu ilə özümüzü müdafiə etməyə tam hazırıq. Eyni zamanda, danışıqlar vasitəsilə...
Read more about İran ABŞ-a xəbərdarlıq etdi – “Hücum etsələr, daha sərt cavab alacaqlar”
65 yaş tamam olur, amma pensiya verilmir? – Əsas şərtlər bunlardır Pensiyaçı
  • Sosial

65 yaş tamam olur, amma pensiya verilmir? – Əsas şərtlər bunlardır

User 02 Noyabr 2026 - 22:45
Çin maşınlarına haker hücumu – Avtomobilləri işə salmaq mümkün olmur avto cin
  • Sosial

Çin maşınlarına haker hücumu – Avtomobilləri işə salmaq mümkün olmur

User 02 Noyabr 2026 - 22:28
Ürəyin 5 düşməni – Bu qidaları tez-tez yeyirsinizsə, diqqətli olun qida zerer
  • Sosial

Ürəyin 5 düşməni – Bu qidaları tez-tez yeyirsinizsə, diqqətli olun

User 02 Noyabr 2026 - 21:56
Pensiyaya çıxarkən ali təhsil və hərbi xidmət illəri staja daxil edilir? herbci
  • Sosial

Pensiyaya çıxarkən ali təhsil və hərbi xidmət illəri staja daxil edilir?

User 02 Noyabr 2026 - 21:39
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.