Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Araşdırma

Diananın qardaşından Çarlzla bağlı gözlənilməz iddia –

User 18 Sentyabr 2026 - 15:28
carlz diana

Şahzadə Diananın qardaşı Çarlz Spenser iddia edib ki, Diananın ölümünün təsdiqlənməsindən az sonra o vaxt Uels şahzadəsi olan Çarlzla danışıb. O, Çarlzın səsini “həddindən artıq şən” kimi xatırladığını və həmin an onun “lotereya qalibinə” bənzədiyini düşündüyünü qeyd edib. Spenser bunun öz şəxsi təəssüratı olduğunu bildirərək, illər sonra həmin reaksiyanın Çarlzın sevdiyi qadınla evlənmək üçün özünü daha azad hiss etməsi ilə bağlı ola biləcəyini ehtimal etdiyini yazıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Spenserin tezliklə nəşr olunacaq kitabından “Daily Mail” qəzetində dərc olunan yeni hissələrdə bildirilir.

Bukingem Sarayı daha əvvəl kitabdan yayımlanan ilk hissələrə münasibət bildirib. Sarayın sözçüsü kral ailəsinin prinsip etibarilə kitabları şərh etmədiyini qeyd etsə də, yaxın insanın itkisindən yaranan kədərin hətta illər sonra belə insanın düşüncəsinə, mühakiməsinə və xatirələrinə təsir göstərə biləcəyini vurğulayıb. Kralın yeni yayımlanan iddialarla bağlı əlavə açıqlaması olmayıb. Kitabdan yayımlanan digər hissələrdə Spenser bacısı Diananın həyatının son illərində ciddi emosional çətinliklər yaşadığını və intihar barədə düşündüyünü də yazır. Onun sözlərinə görə, Diananın oğulları Uilyam və Harriyə bağlılığı bu düşüncələri həyata keçirməsinə mane olub.

Şahzadə Diana 1997-ci ilin avqustunda 36 yaşında Parisdə avtomobil qəzasında həlak olub. Çarlz və Diana 1992-ci ildə ayrılıb, 1996-cı ildə isə rəsmən boşanıblar. Çarlz 2005-ci ildə Kamilla Parker Boulsla evlənib.

AzPost.az

Post navigation

Previous: Üzeyir bəyin Lənkəran harayı –
Next: Ziya Bünyadov prospektində avtobus zolağının müddəti bir saat artırılıb

Oxşar xəbərlər

qob01
  • Araşdırma

Qobustanda min illərin sirri – Qədim insanlar heyvanları torla necə ovlayırdı?

User 24 Oktyabr 2026 - 11:02
bel aqrisi
  • Araşdırma

Bel ağrısı zamanı bu səhvi etməyin – Həkimdən vacib xəbərdarlıq

User 21 Oktyabr 2026 - 17:33
axc02
  • Araşdırma

SSRİ televiziyasının arxivindən çıxdı – 1990-cı il mayın 28-də Bakıda nələr yaşanıb? / VİDEO

User 21 Oktyabr 2026 - 16:23

xƏBƏR

DIN
  • Sosial

Azərbaycanda bir gündə 50 nəfər saxlanıldı – 122 axtarışda olan şəxs tutuldu

User 03 Noyabr 2026 - 10:03
Noyabrın 2-də Azərbaycanda polis tərəfindən 45 yeni, əvvəlki dövrlərdən bağlı qalan 22 cinayətin açılması təmin edilib. Gün...
Read more about Azərbaycanda bir gündə 50 nəfər saxlanıldı – 122 axtarışda olan şəxs tutuldu
ABŞ İrandakı hücumlarını gizli saxlayır – Qeşm adasına zərbə endirildi abs zerbe iran
  • Dünya

ABŞ İrandakı hücumlarını gizli saxlayır – Qeşm adasına zərbə endirildi

User 03 Noyabr 2026 - 10:00
Bürclər üçün 3 noyabr proqnozu – Kimləri sevgi, kimləri pul gözləyir? burcler
  • Maraqlı

Bürclər üçün 3 noyabr proqnozu – Kimləri sevgi, kimləri pul gözləyir?

User 03 Noyabr 2026 - 09:56
ABŞ-da təyyarə qəzası – Milyonçu, arvadı və azyaşlı uşaqları öldü teyyare qeza
  • Dünya

ABŞ-da təyyarə qəzası – Milyonçu, arvadı və azyaşlı uşaqları öldü

User 03 Noyabr 2026 - 09:50
Rusiya-Ukrayna danışıqları 10-11 noyabrda Əbu-Dabidə keçiriləcək rus-ukr-danisiq
  • Dünya

Rusiya-Ukrayna danışıqları 10-11 noyabrda Əbu-Dabidə keçiriləcək

User 03 Noyabr 2026 - 09:30
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.