Ailədə “qara gün” üçün ehtiyatda nə qədər pul olmalıdır? –Ekspert açıqladı

Ailə üçün maliyyə yastığı sabit maliyyə vəziyyətində ən azı altı aylıq məcburi xərcləri qarşılamağa imkan verməlidir. Hazırda isə daha rahat ehtiyat kimi 9–12 aylıq xərcləri əhatə edən məbləğ hesab oluna bilər. Bu barədə iqtisadçı Sergey Tolkаçev İrkutskMedia-ya açıqlamasında bildirib.

Ekspert xüsusilə ipoteka və digər kredit öhdəlikləri olan ailələrin maliyyə ehtiyatını daha diqqətlə hesablamasını tövsiyə edib.

Maliyyə yastığı hesablanarkən kirayə və ya ipoteka ödənişi, kommunal xərclər, ərzaq, nəqliyyat, rabitə, dərmanlar və kreditlər üzrə minimum aylıq ödənişlər nəzərə alınmalıdır.

Ekspert Vasili Kutin əvvəlcə son 3–4 ay ərzində ailənin xərclərini təhlil etməyi məsləhət görür. Bu zaman məcburi xərcləri çətin vəziyyətdə müvəqqəti olaraq imtina edilə biləcək xərclərdən ayırmaq lazımdır.

Məsələn, ailənin zəruri aylıq xərcləri 2 min manat təşkil edirsə, 3–6 aylıq maliyyə ehtiyatı 6 -12 min manat arasında olmalıdır.

Kutin vurğulayıb ki, belə ehtiyat pul qazanmaq məqsədi daşımır və lazım olduqda tez istifadə edilə biləcək formada saxlanmalıdır.

Tolkаçev isə maliyyə yastığının məbləğinin mütəmadi olaraq yenidən hesablanmasını tövsiyə edir. Ailənin aylıq xərcləri artarsa, yığılan ehtiyat da buna uyğun şəkildə artırılmalıdır.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.