Ər-Riyada hücum bazarları silkələdi:Körfəz birjaları gerilədi

Səudiyyə Ərəbistanının fond bazarı bazar günü geriləyib. Buna səbəb Yəməndəki husilərin bir gün əvvəl Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyada raket və PUA-larla hücum etdiklərini açıqlaması olub.

Reuters xəbər verir ki, Səudiyyə bazarındakı mənfi əhval-ruhiyyə digər Körfəz ölkələrinin fond birjalarına da təsir edib.

Husilər Ər-Riyadda “həssas hədəflərin” vurulduğunu bildiriblər. Onlar həmçinin Qırmızı dəniz sahilində yerləşən Yənbu şəhərində Səudiyyə Ərəbistanının neft şirkəti “Saudi Aramco”ya məxsus obyektin də hücuma məruz qaldığını açıqlayıblar.

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi hərbi koalisiya isə Ər-Riyada doğru atılan raketin hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edildiyini bildirib.

Reuters-in məlumatına görə, şənbə günü Səudiyyə paytaxtının əsas hava limanı yaxınlığında alov və güclü tüstü müşahidə olunub. Bundan əvvəl hakimiyyət orqanları Ər-Riyad ətrafında təhlükə ilə bağlı xəbərdarlıq etmişdi.

Husilər hücumun Yəmənin paytaxtı Sənaya edilən zərbəyə cavab olduğunu bildiriblər.

Hadisələr Yaxın Şərqdə müharibənin genişlənməsi və Səudiyyə Ərəbistanının enerji infrastrukturu ilə yanaşı, mühüm dəniz yollarına təhlükənin artması fonunda baş verir.

Bu vəziyyət investorların narahatlığını artırıb və Körfəz ölkələrinin birjalarında satışlara səbəb olub.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.