Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • QHT

Elm Fondu qrant müsabiqəsinin qaliblərini açıqladı

User 22 Sentyabr 2026 - 13:49 (Last updated: 22 Sentyabr 2026 - 13:48)
Bələdiyyələr

Bələdiyyələr

“Əsas Qrant Müsabiqəsi – 2026”nın nəticələri açıqlanıb. QHT.az xəbər verir ki, Azərbaycan Elm Fondu tərəfindən elan edilmiş müsabiqənin əsas məqsədi ölkədə elmi tədqiqatların stimullaşdırılması, aktual və perspektivli elmi istiqamətlər üzrə tədqiqatların dəstəklənməsi, elmi potensialın gücləndirilməsi, həmçinin əldə olunan elmi nəticələrin praktiki tətbiq imkanlarının genişləndirilməsidir.

Müsabiqəyə ümumilikdə 192 layihə təqdim olunub. Daxil olmuş layihələrin müəyyən edilmiş tələblərə uyğunluğu yoxlanıldıqdan sonra müvafiq layihələr elmi ekspertiza mərhələsinə buraxılıb.

Layihələrin qiymətləndirilməsi Azərbaycan Elm Fondunun daimi və müstəqil elmi ekspertləri tərəfindən beynəlxalq təcrübədə qəbul edilmiş “peer-review” və “merit review” prinsipləri əsasında həyata keçirilib. Qiymətləndirmə zamanı layihələrin elmi aktuallığı və yeniliyi, tədqiqat metodologiyası, gözlənilən elmi nəticələr, nəticələrin tətbiq perspektivləri, layihə komandasının elmi potensialı və digər müvafiq meyarlar nəzərə alınıb.

Ekspertizanın nəticələri əsasında Azərbaycan Elm Fondunun Müşahidə Şurasının qərarı ilə 22 layihə müsabiqənin qalibi elan edilib.

Qalib layihələrin maliyyələşdirilməsi Azərbaycan Elm Fondu tərəfindən müsabiqənin şərtlərinə və müəyyən edilmiş qaydalara uyğun olaraq həyata keçiriləcək.

Azərbaycan Elm Fondu qalib layihələrin rəhbərlərini və tədqiqat qruplarını təbrik edir, onlara elmi fəaliyyətlərində uğurlar arzulayır.

“Əsas Qrant Müsabiqəsi – 2026” üzrə qalib layihələrin siyahısı 

AzPost.az

Post navigation

Previous: ChatGPT maliyyə məsləhətlərində 57 faiz səhv edir –
Next: Prezident İlham Əliyevin sədrliyi ilə keçirilmiş Müşavirə –

Oxşar xəbərlər

qht mina
  • QHT

Gəncədə minadan zərərçəkənlərin iştirakı ilə amputant futbol oyunu keçirilib

User 06 Noyabr 2026 - 20:29
a01
  • QHT

“Məktəb-Valideyn Tərəfdaşlığı” çərçivəsində maarifləndirici tədbir keçirilib

User 01 Noyabr 2026 - 10:31
qht mekteb01
  • QHT

Məktəb-valideyn tərəfdaşlığı ilə bağlı maarifləndirici tədbir keçirilib

User 30 Oktyabr 2026 - 12:30

xƏBƏR

rus ukr danisiq
  • Dünya

Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi

User 06 Noyabr 2026 - 22:22
Rusiya Prezidenti Vladimir Putin Rusiya, Ukrayna və ABŞ nümayəndələrinin iştirakı ilə Əbu-Dabidə üçtərəfli danışıqların keçiriləcəyini təsdiqləyib. Noyabrın...
Read more about Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi
Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı putin herbi
  • Dünya

Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı

User 06 Noyabr 2026 - 22:10
Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq et bazari
  • Sosial

Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq

User 06 Noyabr 2026 - 22:00
Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi ayaq aqri
  • Maraqlı

Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi

User 06 Noyabr 2026 - 21:51
Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı yemek fastfud
  • Sosial

Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı

User 06 Noyabr 2026 - 20:58
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.