Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Dünya şöhrətli riyaziyyatçı Lənkəran Dövlət Universitetində olub –

User 22 Sentyabr 2026 - 18:12 (Last updated: 22 Sentyabr 2026 - 18:12)
7aeaf354-5d0b-4675-8481-8bb2c00d380f

Dünya şöhrətli riyaziyyatçı alim Məsud Əfəndiyev Lənkəran Dövlət Universitetində elm və təhsilin  populyarlaşması mövzusunda elmi seminar keçirib

Dünya Azərbaycanlı Alimlər Birliyinin (DAAB) sədri, Almaniyada yaşayan dünyaşöhrətli azərbaycanlı riyaziyyatçı alim, Münxendəki Helmholtz Mərkəzinin professoru, Humboldt mükafatı alan ilk azərbaycanlı, Əməkdar elm xadimi, Kanadanın Fields İnstitutunun ömürlük mükafatçısı Məsud Əfəndiyev Lənkəran Dövlət Universitetinin (LDU) qonağı olub.  

Səfər çərçivəsində Lənkəran Dövlət Universitetinin rektoru, professor Natiq İbrahimov görkəmli alimi qəbul edib. Səmimi şəraitdə keçən görüşdə rektor qonağa rəhbərlik etdiyi ali təhsil ocağında son 10 ildə həyata keçirilən köklü islahatlar barədə ətraflı məlumat verib. Professor Natiq İbrahimov universitetin maddi-texniki bazasının modernləşdirilməsi, ali təhsilin keyfiyyətinin yüksəldilməsi, nəzəriyyə ilə praktikanın uzlaşdırılması istiqamətində görülən işlərdən danışıb, həmçinin yerli gənc mütəxəssislərin və elmi tədqiqatçıların hazırlanması istiqamətində qazanılan uğurları diqqətə çatdırıb.

Daha sonra dünya şöhrətli alimə universitetlə yaxından tanış olmaq imkanı yaradılıb. Məsud Əfəndiyev LDU-nun tədris korpuslarına baş çəkib, burada fəaliyyət göstərən müasir elmi-tədqiqat və tədris yönümlü laboratoriyaların iş prinsipləri və texnoloji imkanları ilə yerindəcə tanış olub, öz tövsiyələrini verib.

LDU-nun böyük Akt zalında professor Məsud Əfəndiyevin müəllim və tələbə heyəti üçün elm və təhsilin  populyarlaşması, eləcə də elmi mühitin formalaşdırılması istiqamətində geniş seminarı təşkil olunub. Tədbir başlamazdan əvvəl seminar iştirakçıları torpaqlarımızın bütövlüyü və Vətənimizin müstəqilliyi uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Seminarı giriş sözü açan LDU-nun Elm və innovasiya məsələləri üzrə prorektoru, dosent Elvin Əliyev hörmətli qonağı auditoriyaya təqdim edərək onun qlobal elmdəki çəkisindən danışıb. Prorektor vurğulayıb ki, dünyanın aparıcı elmi jurnallarının redaksiya heyətində təmsil olunan yeganə azərbaycanlı riyaziyyatçılardan biri olan Məsud Əfəndiyev, “Springer” başda olmaqla Yaponiya, Almaniya, ABŞ, Kanada və İsveçrədə nəşr olunmuş 8 fundamental elmi kitabın və 160-dan çox yüksək indeksli elmi məqalənin müəllifidir.

Ənənəvi mühazirə formatından fərqli olaraq professor Məsud Əfəndiyev Elmi seminarı açıq diskussiya şəraitində və zalla canlı dialoq formatında qurub. “Müasir universitet necə olmalıdır?” mövzusuna həsr olunan müzakirədə alim olduqca maraqlı və cəsarətli tezislərlə çıxış edib. Professor M.Əfəndiyev “regional universitet” anlayışını qəbul etmədiyini xüsusi vurğulayaraq bildirib ki, regionda yerləşməsindən asılı olmayaraq, hər bir ali təhsil müəssisəsi qlobal dünya elminin inkişaf parametrlərinə və beynəlxalq standartlara cavab verməlidir. Alim müasir təhsil sistemində yaradıcı təfəkkürün, elmi inteqrasiyanın və beynəlxalq əməkdaşlığın rolundan bəhs edərək, LDU-nun bu istiqamətdəki potensialını yüksək qiymətləndirib. Böyük maraqla qarşılanan seminarın sonunda dünya şöhrətli alim professor-müəllim heyətinin və tələbələrin müasir elm, təhsil metodologiyası və qlobal akademik tendensiyalarla bağlı çoxsaylı suallarını ətraflı şəkildə cavablandırıb. Tədbir xatirə fotolarının çəkdirilməsi ilə yekunlaşıb.

AzPost.az

Post navigation

Previous: Qarabağda Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin birgə təlimi başlanıb –
Next: İran aviaşirkətlərinin Azərbaycana uçuşu bu gündən dayandırılır

Oxşar xəbərlər

et bazari
  • Sosial

Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq

User 06 Noyabr 2026 - 22:00
yemek fastfud
  • Sosial

Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı

User 06 Noyabr 2026 - 20:58
qida yemek
  • Sosial

Ürəyə zərər verən qidalar açıqlandı – Gündəlik menyudan nəyi çıxarmalı?

User 06 Noyabr 2026 - 19:20

xƏBƏR

rus ukr danisiq
  • Dünya

Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi

User 06 Noyabr 2026 - 22:22
Rusiya Prezidenti Vladimir Putin Rusiya, Ukrayna və ABŞ nümayəndələrinin iştirakı ilə Əbu-Dabidə üçtərəfli danışıqların keçiriləcəyini təsdiqləyib. Noyabrın...
Read more about Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi
Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı putin herbi
  • Dünya

Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı

User 06 Noyabr 2026 - 22:10
Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq et bazari
  • Sosial

Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq

User 06 Noyabr 2026 - 22:00
Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi ayaq aqri
  • Maraqlı

Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi

User 06 Noyabr 2026 - 21:51
Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı yemek fastfud
  • Sosial

Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı

User 06 Noyabr 2026 - 20:58
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.