Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Aktual

Bank kartlarının satışına məhdudiyyətlə bağlı açıqlama

User 24 Sentyabr 2026 - 20:42 (Last updated: 24 Sentyabr 2026 - 20:42)
bank kart

Azərbaycan Banklar Assosiasiyası (ABA) ödəniş kartlarının və elektron pula bağlı ödəniş hesablarının sayına tətbiq edilən risk əsaslı yanaşma ilə bağlı məsələyə aydınlıq gətirib.

ABA-dan  bildirilib ki, mövcud qaydalara əsasən, əməkhaqqı, pensiya və digər sosial ödənişlər üçün nəzərdə tutulan kartlar, sahibkarlıq hesablarına bağlı ödəniş kartları, eləcə də depozit hesablarına bağlı kartlar istisna olmaqla, hər bir bankın təqdim etdiyi hər bir kart məhsulu üzrə milli valyutada 1, xarici valyutada isə 1 ödəniş kartı nəzərdə tutulur.

Bu o deməkdir ki, müştəri bankın təqdim etdiyi müxtəlif kart məhsullarının hər biri üzrə ayrıca kart əldə edə bilər.

Elektron pula bağlı ödəniş hesabları üzrə isə baza yanaşması milli valyutada 2 hesab, hər bir xarici valyuta üzrə isə 1 hesab müəyyən edir.

ABA onu da qeyd edib ki, bu limitlər baza xarakterlidir və qəti məhdudiyyət kimi tətbiq olunmur. Risk əsaslı yanaşma çərçivəsində istifadəçi kart və ya elektron pul hesabından istifadə məqsədini əsaslandıra bildiyi, əməliyyatların müştəri barədə mövcud məlumatlarla uyğun olduğu və hesabların qeyri-qanuni məqsədlər üçün istifadə edilmədiyinə əminlik yarandığı halda, bank və ya elektron pul təşkilatı həmin limitləri konkret müştəri üzrə artıra bilər.

Assosiasiya vurğulayıb ki, yanaşmanın məqsədi vətəndaşların ödəniş imkanlarını məhdudlaşdırmaq deyil, risklərin daha effektiv idarə olunmasını təmin etmək və təhlükəsiz, dayanıqlı ödəniş ekosistemi formalaşdırmaqdır.

AzPost.az

Post navigation

Previous: “Reklam mətnlərində Azərbaycan dilinin saflığının qorunması” layihəsi yekunlaşıb
Next: Vısotskinin həyat yoldaşı, aktrisa Marina Vladi vəfat edib

Oxşar xəbərlər

ramiz
  • Aktual

Ramiz Mehdiyev Yeni Azərbaycan Partiyasından çıxarıldı

User 16 Oktyabr 2026 - 17:12
vuqar zif
  • Aktual

Mətbuat Şurasının yeni sədri seçilib

User 16 Oktyabr 2026 - 12:18
milli meclis
  • Aktual

Milli Məclis təxribatlarla bağlı bəyanat yaydı –

User 16 Oktyabr 2026 - 09:18

xƏBƏR

aslan01
  • Mədəniyyət

Tanınmış aktyor Aslan Fətullayev vəfat edib

User 10 Noyabr 2026 - 15:21
Azərbaycan teatr və kino sənətinə ağır itki üz verib. Əməkdar mədəniyyət işçisi, tanınmış aktyor Aslan Fətullayev 70...
Read more about Tanınmış aktyor Aslan Fətullayev vəfat edib
ABŞ Ukraynanın ərazi bütövlüyünü müdafiə etdi – Uitkoff Əbu-Dabidə nə dedi? photo_5445373109872566965_y
  • Dünya

ABŞ Ukraynanın ərazi bütövlüyünü müdafiə etdi – Uitkoff Əbu-Dabidə nə dedi?

User 10 Noyabr 2026 - 15:14
Ermənistanda bələdiyyə sədrliyinə namizəd həbsxanada öldü ermeni hebs oldu
  • Dünya

Ermənistanda bələdiyyə sədrliyinə namizəd həbsxanada öldü

User 10 Noyabr 2026 - 13:46
Ekskavatorla dövlət binasını dağıtdı – “Qazandığım pulu qaytarın!” / VİDEO bina sokuntu
  • Sosial

Ekskavatorla dövlət binasını dağıtdı – “Qazandığım pulu qaytarın!” / VİDEO

User 10 Noyabr 2026 - 13:35
Diplomlu gənclər niyə iş tapa bilmir? – Diplom var, iş yoxdur / TƏHLİL issizlik
  • Baş Yazı

Diplomlu gənclər niyə iş tapa bilmir? – Diplom var, iş yoxdur / TƏHLİL

User 10 Noyabr 2026 - 13:24
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.