Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • QHT

“Reklam mətnlərində Azərbaycan dilinin saflığının qorunması” layihəsi yekunlaşıb

User 24 Sentyabr 2026 - 20:21 (Last updated: 24 Sentyabr 2026 - 20:21)
qht reklam

“Reklam və Marketinq Sahəsinin İnkişafına Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 1 iyun 2026-cı il tarixindən həyata keçirdiyi “Reklam mətnlərində Azərbaycan dilinin saflığının qorunması” layihəsini yekunlaşdırıb.

Üç ay davam edən layihənin məqsədi reklam mətnlərində Azərbaycan dilinin düzgün və ədəbi dil normalarına uyğun istifadəsini təşviq etmək, xarici söz və ifadələrdən yersiz istifadəyə diqqət çəkmək və ictimaiyyətin dil mədəniyyəti sahəsində maarifləndirilməsinə töhfə vermək olub.

Layihə çərçivəsində Bakı KOB Evində “Reklamda Azərbaycan dilinin saflığının qorunması” mövzusunda forum keçirilib. Forumun rəsmi açılışını İctimai Birliyin İdarə Heyətinin sədri Xəyalə Mütəllimova edib. Tədbirdə Bakı KOB Evinin direktoru Yusif Bağırov, Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin sədri Ramil İskəndərli, yazıçı-publisist və jurnalist Bahəddin Həzi, Əməkdar jurnalist Mətanət Ağamirli və Azərbaycan Reklamçılar İttifaqı İctimai Birliyinin sədri Səyalı Səfərova çıxış edərək forumun əhəmiyyətindən danışıblar.

Panel müzakirələrində filologiya elmləri doktoru Sevinc Əliyeva, BDU-nun professoru, Əməkdar jurnalist Qulu Məhərrəmli, Milli Məclisin VII çağırış deputatı, Əməkdar jurnalist Elçin Mirzəbəyli və “Yurd” və “Media” FM-in təsisçisi Rüstəm Əliyev iştirak ediblər. Mütəxəssislər reklam və media mətnlərində ədəbi dil normalarının qorunması, düzgün ifadə formaları, xarici sözlərin Azərbaycan dilində qarşılıqlarından istifadə və reklam mətnlərində rast gəlinən dil xətaları barədə fikirlərini bölüşüblər.

Forumun aparıcısı və moderatoru Azərbaycan Milli QHT Forumunun İctimai Şurasının üzvü Zaur İbrahimli olub. Tədbirdə dövlət və özəl qurumların, media və ictimai təşkilatların nümayəndələri iştirak ediblər. Forumun sonunda layihə çərçivəsində hazırlanmış “Reklamda Azərbaycan dilinin saflığının qorunması” adlı maarifləndirici kitabça iştirakçılara təqdim olunub.

Layihə reklam və marketinq sahəsində Azərbaycan dilindən düzgün və məsuliyyətli istifadənin əhəmiyyətinə diqqəti artırmaqla yanaşı, ana dilinin saflığının qorunması istiqamətində maarifləndirici müzakirələrin genişlənməsinə töhfə verib. Ana dilimizi qorumaq və gələcək nəsillərə düzgün şəkildə ötürmək hər birimizin ortaq məsuliyyətidir.

 

AzPost.az

Post navigation

Previous: Çin və ABŞ tarixi məsuliyyət daşıyır –
Next: Bank kartlarının satışına məhdudiyyətlə bağlı açıqlama

Oxşar xəbərlər

qht mina
  • QHT

Gəncədə minadan zərərçəkənlərin iştirakı ilə amputant futbol oyunu keçirilib

User 06 Noyabr 2026 - 20:29
a01
  • QHT

“Məktəb-Valideyn Tərəfdaşlığı” çərçivəsində maarifləndirici tədbir keçirilib

User 01 Noyabr 2026 - 10:31
qht mekteb01
  • QHT

Məktəb-valideyn tərəfdaşlığı ilə bağlı maarifləndirici tədbir keçirilib

User 30 Oktyabr 2026 - 12:30

xƏBƏR

aslan01
  • Mədəniyyət

Tanınmış aktyor Aslan Fətullayev vəfat edib

User 10 Noyabr 2026 - 15:21
Azərbaycan teatr və kino sənətinə ağır itki üz verib. Əməkdar mədəniyyət işçisi, tanınmış aktyor Aslan Fətullayev 70...
Read more about Tanınmış aktyor Aslan Fətullayev vəfat edib
ABŞ Ukraynanın ərazi bütövlüyünü müdafiə etdi – Uitkoff Əbu-Dabidə nə dedi? photo_5445373109872566965_y
  • Dünya

ABŞ Ukraynanın ərazi bütövlüyünü müdafiə etdi – Uitkoff Əbu-Dabidə nə dedi?

User 10 Noyabr 2026 - 15:14
Ermənistanda bələdiyyə sədrliyinə namizəd həbsxanada öldü ermeni hebs oldu
  • Dünya

Ermənistanda bələdiyyə sədrliyinə namizəd həbsxanada öldü

User 10 Noyabr 2026 - 13:46
Ekskavatorla dövlət binasını dağıtdı – “Qazandığım pulu qaytarın!” / VİDEO bina sokuntu
  • Sosial

Ekskavatorla dövlət binasını dağıtdı – “Qazandığım pulu qaytarın!” / VİDEO

User 10 Noyabr 2026 - 13:35
Diplomlu gənclər niyə iş tapa bilmir? – Diplom var, iş yoxdur / TƏHLİL issizlik
  • Baş Yazı

Diplomlu gənclər niyə iş tapa bilmir? – Diplom var, iş yoxdur / TƏHLİL

User 10 Noyabr 2026 - 13:24
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.