“MQİMO” məzunu, sabiq diplomat… –Naftalanın 37 yaşlı yeni icra başçısı kimdir?

Prezident İlham liyevin sərəncamı ilə Məmmədiyyə Məmmədov Naftalanın icra başçısı təyin olunub.

Azpost.info icra başçısının dosyesini təqdim edir.

Məmmədiyyə Süleyman oğlu Məmmədov 1989-cu ildə Bakıda anadan olub.

 O, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu (MGİMO) “Beynəlxalq hüquq” ixtisası üzrə bitirib. Londonda biznes idarəçiliyi üzrə təhsil alıb, həmçinin iqtisadiyyat üzrə magistr dərəcəsi əldə edib. 2025-ci ildə Harvard Universitetində dövlət idarəçiliyi strategiyalarının həyata keçirilməsi üzrə kurs keçib.

2013–2022-ci illərdə Azərbaycan Xarici İşlər Nazirliyində çalışıb. Bu müddətdə Azərbaycanın Rusiyadakı səfirliyində və İstanbulda Baş Konsulluğunda fəaliyyət göstərib. 2022-ci ilin iyulundan Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında işləyib.

2024-cü ildə Bakıda keçirilən COP29 tədbirində fəal iştirakına görə Prezidentin “Təşəkkür”ü ilə təltif olunub.

Məmmədiyyə Məmmədov evlidir, iki övladı var. Yeni Azərbaycan Partiyasının üzvüdür.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.