Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

Rusiya müharibəyə saatda 2 milyard rubl xərcləyəcək

User 29 Sentyabr 2026 - 09:28 (Last updated: 29 Sentyabr 2026 - 09:24)
rus ordu

Rusiya hakimiyyəti 2027-ci il büdcə layihəsində müdafiə xərclərinin növbəti dəfə əhəmiyyətli dərəcədə artırılmasını nəzərdə tutur.

Azpost.info bildirir ki, bu barədə Reuters Rusiya Maliyyə Nazirliyinin materiallarına istinadən məlumat yayıb.

Agentliyin məlumatına görə, gələn il federal büdcədən orduya və silah alışına 17,1 trilyon rubl ayrılacaq. Bu, 2026-cı ilin büdcəsində nəzərdə tutulan 12,9 trilyon rubldan 32% çoxdur.

Hökumətin bu həftə təsdiqlədiyi və oktyabrın 1-də Dövlət Dumasına təqdim edilməli olan büdcə qanunu layihəsinə əsasən, gələn il Rusiyada ümumi büdcə xərclərinin 35%-i orduya yönəldiləcək.

Bu, SSRİ dövründən bəri ən yüksək göstərici olacaq.

Orta hesabla müharibə Rusiya vergi ödəyicilərinə ayda 1,42 trilyon rubl, gündə 46,9 milyard rubl, saatda isə təxminən 2 milyard rubl başa gələcək.

Hökumət yaxın illərdə hərbi xərclərin ciddi şəkildə azaldılmasını da gözləmir. 2028-ci ildə müdafiəyə 16,6 trilyon rubl, yəni bütün büdcə xərclərinin 32,6%-i, 2029-cu ildə isə 16,3 trilyon rubl, yaxud 30,4%-i ayrılması planlaşdırılır.

Bir il əvvəl, növbəti üçillik büdcə qəbul edilərkən hökumət 2027-ci ildə müdafiə xərclərini 13,5 trilyon rubl, 2028-ci ildə isə 13 trilyon rubl səviyyəsində proqnozlaşdırmışdı. İndi isə bu məbləğlər müvafiq olaraq 3,1 və 3,3 trilyon rubl, yaxud 23% və 25% artırılıb.

Hərbi büdcənin maliyyələşdirilməsi üçün hakimiyyət gələn ildən dağ-mədən-metallurgiya və qızıl hasilatı şirkətləri üçün “super mənfəət vergisi” tətbiq edir. Maliyyə Nazirliyinin hesablamalarına görə, bu vergi gələn il 200 milyard rubl, üç il ərzində isə 600 milyard rubl gəlir gətirəcək.

Bundan başqa, fiziki şəxslərin passiv gəlirlərinə, o cümlədən bank əmanətlərindən əldə olunan faizlərə, dividendlərə və qiymətli kağızlarla əməliyyatlardan gəlirlərə tətbiq edilən maksimum gəlir vergisi dərəcəsi 22%-ə qaldırılacaq.

Xarici onlayn mağazalardan edilən alışlara da 22%-lik ƏDV tətbiq olunacaq.

Büdcə kəsirinin maliyyələşdirilməsi üçün isə Maliyyə Nazirliyi borclanmanı kəskin artırmağı planlaşdırır. Layihəyə əsasən, gələn il 7,7 trilyon rubl, 2028-ci ildə isə 7,4 trilyon rubl borc cəlb ediləcək. Bu, əvvəlcə nəzərdə tutulandan ümumilikdə 3,6 trilyon rubl çoxdur.

Almaniyanın Beynəlxalq və Təhlükəsizlik Məsələləri İnstitutunun iqtisadçısı Yanıs Kluqenin hesablamalarına görə, 2022-ci ilin əvvəlindən 2026-cı ilin ortalarınadək Rusiya müharibəyə, məxfi və əlaqəli büdcə maddələri də daxil olmaqla, ümumilikdə 57 trilyon rubl xərcləyib.

Bu məbləğ Rusiyanın hazırkı ÜDM-nin təxminən 28%-nə bərabərdir və ölkədə bütün ali təhsil sisteminin 30 ildən artıq müddətdə maliyyələşdirilməsinə sərf olunan vəsaitdən çoxdur.

Gələn ilin yekunlarına görə, müharibəyə çəkilən ümumi xərclərin 74 trilyon rubla, yaxud 876 milyard dollara çatacağı gözlənilir.

Bu məbləğ Rusiya Mərkəzi Bankının 748,2 milyard dollarlıq qızıl-valyuta ehtiyatlarını da ötə bilər.

AzPost.az

Post navigation

Previous: ABŞ-ın raket ehtiyatları tükənir –
Next: Tramp İrana güzəşt təklif edib? –

Oxşar xəbərlər

hormuz tanker
  • Dünya

İran ətrafında gərginlik artır – Hörmüz boğazında tankerlər niyə partlayır?

User 13 Noyabr 2026 - 14:50
Avropanın çığır-bağırı Trampın vecinə də deyil
  • Dünya

Tramp vitse-prezident Vensi İranla bağlı danışıqlardan kənarlaşdırdı

User 13 Noyabr 2026 - 13:14
zelenski
  • Dünya

“Allah eləsin, müharibə başa çatsın… Açıqlamağa hazır olmadığım məsələlər var”- ZELENSKİ

User 13 Noyabr 2026 - 11:28

xƏBƏR

hormuz tanker
  • Dünya

İran ətrafında gərginlik artır – Hörmüz boğazında tankerlər niyə partlayır?

User 13 Noyabr 2026 - 14:50
İran ətrafında hərbi gərginlik yenidən yüksəlir. Son günlər Hörmüz boğazında tankerlərin partlayış və yanğınlara məruz qalması, Tehranın...
Read more about İran ətrafında gərginlik artır – Hörmüz boğazında tankerlər niyə partlayır?
Tez-tez susayırsınız və ayaqyoluna gedirsiniz? – Bu xəstəliyin əlaməti ola bilər Tibbi Yardım
  • Maraqlı

Tez-tez susayırsınız və ayaqyoluna gedirsiniz? – Bu xəstəliyin əlaməti ola bilər

User 13 Noyabr 2026 - 14:11
Sabah 22 dərəcə isti olacaq – HAVA Hava
  • Sosial

Sabah 22 dərəcə isti olacaq – HAVA

User 13 Noyabr 2026 - 13:18
Tramp vitse-prezident Vensi İranla bağlı danışıqlardan kənarlaşdırdı Avropanın çığır-bağırı Trampın vecinə də deyil
  • Dünya

Tramp vitse-prezident Vensi İranla bağlı danışıqlardan kənarlaşdırdı

User 13 Noyabr 2026 - 13:14
Azərbaycan “Avropa Siyasi Birliyi”nin üç sənədini imzalamaqdan imtina edib xin
  • Siyasət

Azərbaycan “Avropa Siyasi Birliyi”nin üç sənədini imzalamaqdan imtina edib

User 13 Noyabr 2026 - 13:02
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.