Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • QHT

Nəsimidə bələdiyyə fəaliyyəti mövzusunda tədbir keçirilib

User 02 Oktyabr 2026 - 13:30 (Last updated: 02 Oktyabr 2026 - 13:49)
qht di01

D. Əliyeva adına Azərbaycan Qadınlarının Hüquqlarının Müdafiə Cəmiyyəti İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Bələdiyyə fəaliyyəti – problemlər və perspektivlər” layihəsinin icrasını davam etdirir.

Layihə çərçivəsində növbəti tədbir 24 Sentyabr 2026-cı il tarixində Bakı şəhər Nəsimi rayonunda keçirilib.

Tədbirdə Nəsimi rayon bələdiyyəsinin 20 nəfər üzvləri və qulluqçuları iştirak edirdi.

Tədbiri D. Əliyeva adına Azərbaycan Qadınlarının Hüquqlarının Müdafiə Cəmiyyəti İctimai Birliyinin təlimçiləri Ə. Qurbanova və N. Qəniyeva aparırdılar.

İştirakçılarla tanışlıqdan sonra layihə və donor haqda məlumat verildi. Təlimçi Əntiqə xanım Qurbanova bələdiyyə fəaliyyəti, bələdiyyə-əhali, bələdiyyə- sahibkar münasibətlərinin qurulması, bələdiyyələrin insan haqlarının xüsusən qadın haqlarının qorunmasında rolları haqda məlumat verdi. İştirakçılarla bü mövzular ətrafında müzakirələr aparıldı və iştirakçıların fikir və təklifləri dinlənildi.

İştirakçılarla tanışlıqdan sonra layihə və donor haqqında ətraflı məlumat verilib. Təlimçi Əntiqə Qurbanova bələdiyyə fəaliyyəti, bələdiyyə–əhali və bələdiyyə–sahibkar münasibətlərinin düzgün qurulması, həmçinin bələdiyyələrin insan hüquqlarının, xüsusilə qadın hüquqlarının qorunmasında rolu barədə məlumat verib. Bu mövzular ətrafında iştirakçılarla müzakirələr aparılıb, onların fikir və təklifləri dinlənilib.

İştirakçılar bələdiyyələrin qarşılaşdığı problemlər və bu problemlərin həlli yolları ilə bağlı fikir mübadiləsi apararaq öz təkliflərini səsləndiriblər.

Daha sonra təlimçi Nabat Qəniyeva bələdiyyələrin regionların sosial-iqtisadi inkişafında rolunun artırılması və maliyyə dayanıqlığının təmin edilməsi məqsədilə qanunvericiliyə edilmiş əlavə və dəyişikliklər barədə məlumat verib. Qeyd olunub ki, həyata keçirilmiş dəyişikliklər bələdiyyələrə qrant əldə etmək imkanları yaradır.

Bələdiyyələrin maliyyə dayanıqlığının təkmilləşdirilməsi məqsədilə layihə təkliflərinin hazırlanması, hesabatlılığın təmin edilməsi, real ideyaların layihələşdirilməsi, eləcə də müsabiqə və tenderlərdə iştirak məsələləri barədə də ətraflı məlumat verilib.
Tədbirin sonunda layihə təkliflərinin hazırlanması və hesabatlılıq mövzularına həsr olunmuş qrup işləri həyata keçirilib.

Hər bir kiçik qrup regionun mövcud problemlərindən birini müəyyənləşdirərək həmin problemin həllinə yönəlmiş layihə hazırlayıb. Qrupların təqdimatları zamanı iştirakçılar bir-birlərinə suallar ünvanlayıb və cavablandırmağa çalışıblar. Bu fəaliyyət iştirakçıların mövzu üzrə biliklərinin artırılmasına, eləcə də layihə hazırlamaq və təqdim etmək sahəsində praktiki bacarıqlar əldə etmələrinə imkan yaradıb.

Bələdiyyə nümayəndələri bələdiyyə mülkiyyətinin hüquqi statusunun rəsmiləşdirilməsi və müvafiq qaydada təsdiq olunması ilə bağlı məsələnin həll edilməsini təklif ediblər.

Tədbir zamanı foto və video çəkilişlər aparılıb, həmçinin iştirakçılar üçün çay süfrəsi təşkil edilib.

AzPost.az

Post navigation

Previous: “Biz sülhü Ermənistan xalqı ilə bağlamaq istəyirik” –
Next: 2027-ci ildə maaş və pensiyalar artırılacaq

Oxşar xəbərlər

qht mina
  • QHT

Gəncədə minadan zərərçəkənlərin iştirakı ilə amputant futbol oyunu keçirilib

User 06 Noyabr 2026 - 20:29
a01
  • QHT

“Məktəb-Valideyn Tərəfdaşlığı” çərçivəsində maarifləndirici tədbir keçirilib

User 01 Noyabr 2026 - 10:31
qht mekteb01
  • QHT

Məktəb-valideyn tərəfdaşlığı ilə bağlı maarifləndirici tədbir keçirilib

User 30 Oktyabr 2026 - 12:30

xƏBƏR

Milliön
  • Sosial

MilliÖn-dən 500 manatdan çox ödəniş edənlər üçün -Şəxsiyyət təsdiqi tələb olunacaq

User 16 Noyabr 2026 - 22:01
MilliÖn terminalları vasitəsilə 500 manatdan artıq məbləğdə ödəniş və ya pul köçürməsi etmək istəyən istifadəçilər şəxsiyyətlərini rəqəmsal...
Read more about MilliÖn-dən 500 manatdan çox ödəniş edənlər üçün -Şəxsiyyət təsdiqi tələb olunacaq
Uşaqların psixoloji sağlamlığı üçün vacib məkan – Parkların gözlənilməz faydası park usaqlar
  • Maraqlı

Uşaqların psixoloji sağlamlığı üçün vacib məkan – Parkların gözlənilməz faydası

User 16 Noyabr 2026 - 21:46
“İran 9 min PUA atıb, cəmi ikisi hədəfə dəyib” – TRAMP tramp
  • Dünya

“İran 9 min PUA atıb, cəmi ikisi hədəfə dəyib” – TRAMP

User 16 Noyabr 2026 - 20:17
Ehtiyac meyarı niyə 314 manat olmalıdır? – İqtisadçıdan hökumətə çağırış Pensiya
  • Sosial

Ehtiyac meyarı niyə 314 manat olmalıdır? – İqtisadçıdan hökumətə çağırış

User 16 Noyabr 2026 - 20:13
Litva da Rusiya ilə sərhədi bağlaya bilər – Estoniyanın qərarına dəstək verdi litva parle
  • Dünya

Litva da Rusiya ilə sərhədi bağlaya bilər – Estoniyanın qərarına dəstək verdi

User 16 Noyabr 2026 - 19:19
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.