Azərbaycanlı hakim Millətlər Liqasının oyununa təyinat alıb

Azərbaycanlı hakim Elçin Məsiyev UEFA-dan təyinat alıb.

Qurumun rəsmi saytı xəbər verir ki, o, Millətlər Liqasının Rumıniya və İsveç yığmaları arasında keçiriləcək oyunu idarə edəcək.

Onun köməkçiləri Elşad Abdullayev və Pərvin Talıbov olacaq. Dördüncü hakim funksiyasını Fərid Hacıyev yerinə yetirəcək.

Oktyabrın 5-də Rumıniyanın paytaxtı Buxarestdə keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.