Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Ölkə

“Sülh sazişini sabaha saxlamaq olmaz” –

User 03 Oktyabr 2026 - 17:57 (Last updated: 03 Oktyabr 2026 - 17:57)
sidqi sovket

Dünyada geosiyasi vəziyyət getdikcə daha gərgin və proqnozlaşdırılması çətin olur. Belə bir şəraitdə Azərbaycan-Ermənistan arasında sülh sazişinin imzalanmasının Ermənistanın Konstitusiyasında dəyişiklik gözlənilməklə təxirə salınmasına ehtiyac yoxdur.

Azpost.info bildirir ki, bu fikirləri politoloq Sidqi Şövkət paylaşımında qeyd edib.

Politoloqun sözlərinə görə, beynəlxalq hüquq bu məsələdə kifayət qədər aydın təminatlar verir.

“Beynəlxalq hüquq bunun üçün kifayət qədər aydın təminatlar verir. Vyana Konvensiyasının beynəlxalq müqavilələr hüququ haqqında 27-ci maddəsində birbaşa müəyyən edilir ki, dövlət beynəlxalq müqaviləni yerinə yetirməməsinə bəraət qazandırmaq üçün öz daxili qanunvericiliyinə istinad edə bilməz. 26-cı maddə isə pacta sunt servanda – müqavilələrin vicdanla yerinə yetirilməsi prinsipini təsbit edir”, – deyə Şövkət bildirib.

BMT-nin Vyana Konvensiyasının 1969-cu il mətnində 26-cı maddə qüvvədə olan hər bir müqavilənin tərəflər üçün məcburi olduğunu və onun vicdanla icra edilməli olduğunu müəyyən edir. 27-ci maddəyə əsasən isə tərəf müqaviləni yerinə yetirməməsinə əsas kimi daxili qanunvericiliyinin müddəalarını irəli sürə bilməz.

“Konstitusiyaya istinad əsas ola bilməz”

Politoloq hesab edir ki, sülh sazişi imzalandıqdan, Ermənistan Konstitusiya Məhkəməsində nəzərdən keçirildikdən, ratifikasiya olunaraq qüvvəyə mindikdən sonra Ermənistan Konstitusiyasına və ya İstiqlal Bəyannaməsinə istinad edilməsi öz-özlüyündə beynəlxalq öhdəliklərdən imtina üçün əsas ola bilməz.

Onun fikrincə, beynəlxalq müqavilənin qüvvəyə minməsi tərəflərin üzərinə müəyyən öhdəliklər qoyur və həmin öhdəliklərin yerinə yetirilməsi beynəlxalq hüququn prinsipləri ilə tənzimlənir.

Şövkət qeyd edib ki, hazırkı geosiyasi şərait sürətlə dəyişir və dövlətlər üçün bu dəyişikliklərin yaratdığı imkanları nəzərə almaq vacibdir.

“Dünya bu gün çox sürətlə dəyişir. Bu gün beynəlxalq müqavilə ilə təmin edilə bilən məsələni hər zaman sabaha saxlamaq lazım deyil”, – deyə politoloq vurğulayıb.

Onun fikrincə, Azərbaycan üçün əsas məsələ sülh prosesində əldə edilə biləcək razılaşmaların beynəlxalq hüquqi çərçivədə rəsmiləşdirilməsidir.

Qeyd edək ki, hüquq üzrə fəlsəfə doktoru  Sidqi Şövkət Azərbaycanın sabiq dövlət katibi, Liberal Partiyanın yaradıcısı olmuş Lalə-Şövkət Hacıyevanın oğludur.

AzPost.az

Post navigation

Previous: Azərbaycanlı hakim Millətlər Liqasının oyununa təyinat alıb
Next: Trampın qayınanası 100 yaşını qeyd etdi –

Oxşar xəbərlər

sucedin
  • Ölkə

Tanınmış jurnalist Sücəddin Şərifovun atası vəfat edib

User 09 Noyabr 2026 - 17:24
ilham zengi01
  • Ölkə

Prezident və birinci xanım Zəngilanda – YENİLƏNİB

User 06 Noyabr 2026 - 14:31
ramiz mehdiyev
  • Ölkə

Ramiz Mehdiyevin AMEA üzvlüyündən çıxarılması təsdiqlənib

User 30 Oktyabr 2026 - 17:27

xƏBƏR

tezyiq
  • Maraqlı

Yüksək təzyiqi aşağı salan 5 üsul – Alimlər qidada nələri dəyişməyi tövsiyə edir?

User 17 Noyabr 2026 - 20:10
Qidalanmanın dəyişdirilməsi, duz qəbulunun azaldılması və müntəzəm fiziki aktivlik yüksək arterial təzyiqə nəzarət etməyə kömək edir. Bu...
Read more about Yüksək təzyiqi aşağı salan 5 üsul – Alimlər qidada nələri dəyişməyi tövsiyə edir?
Trampdan Ukrayna müharibəsi ilə bağlı açıqlama – “Çox yaxınıq” tramp kursude
  • Dünya

Trampdan Ukrayna müharibəsi ilə bağlı açıqlama – “Çox yaxınıq”

User 17 Noyabr 2026 - 19:51
Rusiyada “An-12” təyyarəsi qəzaya uğrayıb, 17 nəfər həlak olub teyyare qeza rus
  • Sosial

Rusiyada “An-12” təyyarəsi qəzaya uğrayıb, 17 nəfər həlak olub

User 17 Noyabr 2026 - 19:20
Qışda səhərlər bu 7 vərdişdən uzaq durun – sağlamlığınıza zərər verə bilər yuxu
  • Maraqlı

Qışda səhərlər bu 7 vərdişdən uzaq durun – sağlamlığınıza zərər verə bilər

User 17 Noyabr 2026 - 18:40
Camış əti və süni kürü… 41 şadlıq sarayında ciddi nöqsanlar aşkarlandı Toy
  • Sosial

Camış əti və süni kürü… 41 şadlıq sarayında ciddi nöqsanlar aşkarlandı

User 17 Noyabr 2026 - 18:18
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.