Rusiya Türkiyənin mülki gəmisinə zərbə endirib-Azərbaycan vətəndaşları da göyərtədə olub

Ukrayna Prezidenti Vladimir Zelenski Rusiyaya məxsus iki pilotsuz uçuş aparatının neytral sularda qarğıdalı daşıyan və Türkiyəyə məxsus mülki gəmiyə dəhşətli zərbə endirdiyini bildirib.

Bu barədə Zelenski Telegram kanalında yazıb.

“Gəmidə Azərbaycan vətəndaşları və Hindistan vətəndaşları olub. Hazırda təəssüf ki, gəmi kapitanının həlak olduğu məlumdur. Daha bir nəfərin taleyi araşdırılır. Ekipajın 11 üzvünü xilas etmək mümkün olub, onlardan biri yaralanıb.

Ukrayna artıq dəfələrlə eskalasiyanın azaldılması və Qara dənizdə təhlükəsizliyin təmin edilməsi üçün konkret addımlar təklif edib. Üçüncü ölkələr tərəfindən də təkliflər irəli sürülüb. Lakin Rusiya normal gəmiçiliyin təmin edilməsi əvəzinə ardıcıl olaraq terroru və mülki gəmilərin batırılmasını seçir.

Qlobal ərzaq təhlükəsizliyini bərpa etmək üçün təzyiq göstərilməsi tələb olunur. Bu məsələdə həqiqətən maraqlı olan hər kəs kömək etməlidir”, – deyə Zelenski qeyd edib.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.