Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Media

İlon Maskdan xəbərdarlıq – Süni intellekt bəşəriyyəti məhv edə bilərmi?

User 21 Oktyabr 2026 - 10:02 (Last updated: 21 Oktyabr 2026 - 10:02)
ilon mask robot

İlon Mask süni intellektin bəşəriyyət üçün ekzistensial təhlükə yarada biləcəyini istisna etməyib.

Amerikalı sahibkar İlon Mask süni intellekt (Sİ) texnologiyalarının bəşəriyyətin mövcudluğu üçün təhlükə yarada biləcəyini bildirib.

“Düşünürəm ki, bunun ekzistensial təhlükəyə çevrilməsi müəyyən qədər mümkündür. Amma mən bunu dayandırmaq üçün heç nə edə bilmərəm. Buna görə də belə qənaətə gəldim ki, iki seçimim var: ya bu prosesin iştirakçısı olmaq, ya da müşahidəçi kimi qalmaq. Düşünürəm ki, iştirakçı olmaq daha maraqlıdır”, – deyə o, amerikalı yazıçı və jurnalist Uolter Ayzeksonun podkastında bildirib.

Sentyabrın 12-də ABŞ-ın “Anthropic” texnologiya şirkətinin rəhbəri Dario Amodei qabaqcıl süni intellekt modellərinin inkişaf tempinin yavaşladılmasına çağıran məqalə dərc edib.

O hesab edir ki, süni intellekt şirkətləri qabaqcıl texnologiyalar üzərində işi əlaqələndirilmiş şəkildə yavaşlatmaqla modellər kritik inkişaf səviyyəsinə çatana qədər əlavə bir-iki il vaxt qazana və ciddi səhvlərdən qaça bilərlər.

İlon Mask və “OpenAI” şirkətinin baş direktoru Sem Altman da bu proqnozla razılaşıblar.

ABŞ prezidenti Donald Tramp isə sonradan süni intellektin inkişafının bəşəriyyətin mövcudluğu üçün təhlükə yarada biləcəyindən narahat olmadığını bildirib. O vurğulayıb ki, hazırda əsas məsələ ABŞ-ın bu texnologiyaların hazırlanması sahəsində Çin və digər ölkələr üzərində üstünlüyünü təmin etməkdir.

AzPost.az

Post navigation

Previous: ABŞ-ın dövlət borcu 40,4 trilyon dollara yaxınlaşdı – 2030-cu ilə yeni proqnoz
Next: Uitkoff yenidən Rusiyaya yola düşdü – Zelenski Putinə hansı təklifləri göndərir?

Oxşar xəbərlər

turk jurnalist
  • Media

Haqqında cinayət işi açılan türk köşə yazarı Azərbaycandan üzr istədi

User 16 Oktyabr 2026 - 20:44
qida sufre
  • Media

Səhər yeməyində bu 4 sıyığa diqqət edin

User 16 Oktyabr 2026 - 17:43
jurnalist quru
  • Media

Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilib

User 16 Oktyabr 2026 - 13:31
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.