Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Maraqlı

İşıq pulunu azaltmaq üçün lampanı nə vaxt söndürmək lazımdır?

User 22 Oktyabr 2026 - 16:25
elektrik isiq

Boş otaqda işığı söndürməyin lazım olub-olmaması tez-tez mübahisə mövzusuna çevrilir. İşığa ehtiyac olmadıqda onu söndürməyin elektrik enerjisinə qənaət etməyə və kommunal xərcləri azaltmağa kömək etdiyi düşünülür.

Azpost.info bildirir ki, Southern Living portalının yazdığına görə, bu suala cavab vermək üçün istifadə olunan lampanın növünü nəzərə almaq lazımdır. Çünki lampalar enerji sərfiyyatına və xidmət müddətinə görə bir-birindən fərqlənir. İşığın nə qədər tez-tez yandırılıb-söndürülməsi də əhəmiyyətlidir. Bəzi lampalarda bu, elektrik sərfiyyatına və lampanın köhnəlmə sürətinə təsir göstərə bilər.

Ekspertlər bildirirlər ki, işığı daim yandırıb-söndürmək heç də həmişə ən yaxşı seçim deyil. Ümumi qayda belədir: otaqdan 15 dəqiqədən çox müddətə çıxacaqsınızsa, işığı söndürün.

LED lampalar: İşığı hər dəfə söndürmək olar

LED lampalar bazarda mövcud olan ən qənaətcil işıq mənbələrindən hesab olunur. Onlar közərmə lampaları ilə müqayisədə 90 faizə qədər az elektrik enerjisi sərf edir. Bu lampalarda işığın tez-tez yandırılıb-söndürülməsi xidmət müddətinə, demək olar ki, təsir etmir. Buna görə də otaqdan hər çıxanda işığı söndürmək olar. LED lampaların xidmət müddəti 25 min saata çata bilər. Nəzəri olaraq, fasiləsiz işlədikdə bu, təxminən 15 ilə bərabərdir. Bununla belə, işığı daim yanılı saxlamaq tövsiyə edilmir.

Kompakt lüminessent lampalar: Tez-tez söndürmək ömrünü azalda bilər

Kompakt lüminessent lampalar da enerjiyə qənaət edən işıq mənbələrinə aiddir. Onların enerji səmərəliliyi təxminən 85 faiz qiymətləndirilir, orta xidmət müddəti isə 8 min saata çatır. Lakin belə lampaların tez-tez yandırılıb-söndürülməsi onların daha sürətlə köhnəlməsinə və istifadə müddətinin qısalmasına səbəb ola bilər. Məqalədə qeyd olunur ki, lüminessent lampa yandırılarkən elektrik sərfiyyatında yaranan qısamüddətli artım ümumi enerji istehlakına ciddi təsir göstərmir. Ancaq bu proses lampanın elektrodlarındakı örtüyün daha tez aşınmasına səbəb ola bilər.

Buna görə də otaqda 15 dəqiqədən çox olmayacaqsınızsa, bu tip lampaları söndürmək tövsiyə edilir.

Halogen lampalar: Enerjinin böyük hissəsi istiliyə çevrilir

Halogen lampalar iş prinsipi baxımından közərmə lampalarına bənzəyir, lakin onlardan bir qədər qənaətcildir. Bununla belə, LED və kompakt lüminessent lampalardan geri qalır. 2023-cü ildən etibarən daha enerji səmərəli alternativlərə keçid məqsədilə halogen lampaların dövriyyədən çıxarılmasına başlanılıb. Buna baxmayaraq, bəzi evlərdə onlardan hələ də istifadə olunur. Bu lampalar sərf etdikləri enerjinin təxminən 80–90 faizini istiliyə çevirir. Xidmət müddəti isə təxminən 1–2 min saatdır. Buna görə də mütəxəssislər elektrik enerjisinin boş yerə sərf olunmaması üçün otaqdan çıxarkən halogen lampaları söndürməyi məsləhət görürlər.

Közərmə lampaları: İşıq lazım deyilsə, mütləq söndürün

Közərmə lampaları ən çox elektrik enerjisi sərf edən işıq mənbələrindəndir. İstehlak etdikləri elektrik enerjisinin yalnız təxminən 10 faizi işığa çevrilir, qalan hissəsi isə istilik şəklində itirilir. Bu lampaların xidmət müddəti 750–1000 saatdır. Buna görə də işığa ehtiyac olmadıqda onları söndürmək xüsusilə vacibdir.

N.Talıblı

AzPost.az

Post navigation

Previous: Dəniz balığı ilə bağlı xəbərdarlıq – Qaraciyərə zərər vura bilər
Next: Türkiyədə 40 min azərbaycanlı tələbə oxuyur -Xaricdə təhsil alanların sayı niyə dəqiq bilinmir?

Oxşar xəbərlər

baliq
  • Maraqlı

Dəniz balığı ilə bağlı xəbərdarlıq – Qaraciyərə zərər vura bilər

User 22 Oktyabr 2026 - 16:10
qulaq temiz
  • Maraqlı

Qulaqda küy hansı xəstəliklərin əlaməti ola bilər?

User 16 Oktyabr 2026 - 21:15
ucan avto03
  • Maraqlı

İlon Mask “uçan avtomobili” təqdim etdi –

User 16 Oktyabr 2026 - 10:25

xƏBƏR

din prokurorluq
  • Sosial

Bakıda 25 il əvvəlki qətlin üstü açıldı -RƏSMİ AÇIQLAMA

User 22 Oktyabr 2026 - 17:41
Baş Prokurorluq və Daxili İşlər Nazirliyi Bakıda 25 il əvvəl törədilmiş qətlin üstünün açılması barədə birgə məlumat...
Read more about Bakıda 25 il əvvəlki qətlin üstü açıldı -RƏSMİ AÇIQLAMA
Pikassonun 4 rəsm əsəri hərraca çıxarılır: Ən bahalısı 20 milyon dollara herrac sotb
  • Mədəniyyət

Pikassonun 4 rəsm əsəri hərraca çıxarılır: Ən bahalısı 20 milyon dollara

User 22 Oktyabr 2026 - 17:25
Ərdoğanın sabiq müşaviri saxlanıldı – Daha 4 nəfər tutuldu aydin
  • Dünya

Ərdoğanın sabiq müşaviri saxlanıldı – Daha 4 nəfər tutuldu

User 22 Oktyabr 2026 - 17:16
2035-ci ilə qədər jurnalistlərin yarısı işini itirəcək – Süni intellekt media bazarını dəyişir suni intelekt is
  • Media

2035-ci ilə qədər jurnalistlərin yarısı işini itirəcək – Süni intellekt media bazarını dəyişir

User 22 Oktyabr 2026 - 17:07
Rusiya-Ukrayna danışıqlarının keçiriləcəyi yer məlum oldu peskov
  • Dünya

Rusiya-Ukrayna danışıqlarının keçiriləcəyi yer məlum oldu

User 22 Oktyabr 2026 - 16:52
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.