İsraildə bülletenlərin 84,5%-i sayılıb.
Son məlumata görə, Netanyahunun “Likud” partiyası parlamentdə 27, Qadi Ayzenkotun “Yaşar” partiyası isə 22 mandat qazanır.
Bununla yanaşı, Netanyahunun tərəfdarlarının təşkil etdiyi blok Knessetdə 54, müxalifət isə 49 yer əldə edir. Parlamentdə daha 17-i mandatı ərəb partiyaları qazanır. Proqnozlara görə, nə müxalifət, nə də “Likud” onlarla koalisiyaya girməyə hazırdır.
Səsvermənin nəticələrinin oktyabrın 29-da açıqlanacağı gözlənilir, seçki prosedurunun yekun rəsmi nəticələri isə noyabrın 4-dən gec olmayaraq dərc edilməlidir.
