Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

Avropa İttifaqından Rusiya qazı ilə bağlı qəti qərar – Sülh sazişi də vəziyyəti dəyişməyəcək

User 28 Oktyabr 2026 - 20:14 (Last updated: 28 Oktyabr 2026 - 20:14)
qaz nəqli

qaz nəqli

Avropa Komissiyası Ukrayna ilə sülh sazişi bağlansa belə, Avropa İttifaqı ölkələrinin Rusiya qazının alışını bərpa etməsi ehtimalını istisna edib. Avropa İttifaqının qüvvədə olan qanunvericiliyi Rusiya qazından mərhələli şəkildə imtinanı nəzərdə tutur. Bu qərar müharibənin gedişindən və mümkün siyasi razılaşmalardan asılı deyil.

Bunu Avropa Komissiyasının rəsmi nümayəndəsi Paula Pinyu oktyabrın 28-də Brüsseldə keçirilən brifinqdə bildirib.

“Bizim qüvvədə olan qanunvericiliyimiz Rusiyadan, xüsusilə də qaz daxil olmaqla, qalıq yanacaqların idxalının bərpa edilməsinə imkan vermir”, – deyə Pinyu “Şimal axını” qaz kəmərinin mümkün fəaliyyətə başlaması ilə bağlı suala cavabında vurğulayıb.

Avropa Komissiyasının enerji məsələləri üzrə nümayəndəsi Anna-Kaisa İtkonen isə xatırladıb ki, Aİ artıq Rusiyadan boru kəmərləri ilə nəql olunan qazın və mayeləşdirilmiş təbii qazın (LNG) idxalına mərhələli şəkildə son qoyulması barədə qanun qəbul edib.

Təsdiqlənmiş qrafikə əsasən, Rusiyadan mayeləşdirilmiş təbii qaz tədarükünə tam qadağa 2027-ci ilin əvvəlindən, boru kəmərləri ilə qaz tədarükünə isə 2027-ci ilin payızından qüvvəyə minməlidir.

Bu açıqlama ABŞ Prezidenti Donald Trampın administrasiyasının Ukraynadakı müharibənin mümkün nizamlanması çərçivəsində Avropaya Rusiya qazının alışını bərpa etməyi təklif etməsi barədə məlumatların yayıldığı vaxta təsadüf edib.

The New York Times qəzeti daha əvvəl bu təşəbbüs barədə məlumat yayıb. Avropa Komissiyası isə Rusiya enerji resurslarına qayıdış ehtimalını rədd edib.

N.Talıblı

AzPost.az

Post navigation

Previous: İpoteka qaydaları dəyişdi – Kimlər kredit ala biləcək, hansı yenilik olacaq?
Next: Beynəlxalq axtarışda olan Rüstəm İbrahimov Çindən Azərbaycana gətirilib

Oxşar xəbərlər

xerson surasi
  • Dünya

Rusiya və Ukrayna minaları təmizləməyə başlayıb – Melani Trampdan açıqlama

User 28 Oktyabr 2026 - 21:16
israil
  • Dünya

İsraildə seçki bülletenlərin 84,5%-i sayılıb – Nəticələr

User 28 Oktyabr 2026 - 16:59
qeter
  • Dünya

Qətər İranla müharibənin dayandırılması üçün yeni təklif irəli sürüb

User 28 Oktyabr 2026 - 16:14

xƏBƏR

xerson surasi
  • Dünya

Rusiya və Ukrayna minaları təmizləməyə başlayıb – Melani Trampdan açıqlama

User 28 Oktyabr 2026 - 21:16
ABŞ-ın birinci xanımı Melaniya Tramp Rusiya və Ukraynanın Oleşki şəhərində humanitar yardımın təhlükəsiz çatdırılmasını təmin etmək üçün...
Read more about Rusiya və Ukrayna minaları təmizləməyə başlayıb – Melani Trampdan açıqlama
Şəkərsiz şirniyyatların gizli təhlükəsi – Dietoloqdan xəbərdarlıq Şokolad
  • Sosial

Şəkərsiz şirniyyatların gizli təhlükəsi – Dietoloqdan xəbərdarlıq

User 28 Oktyabr 2026 - 21:05
İdmandan sonra bu 5 səhv ürək üçün təhlükəlidir – kardioloq xəbərdarlıq etdi idman zali
  • Maraqlı

İdmandan sonra bu 5 səhv ürək üçün təhlükəlidir – kardioloq xəbərdarlıq etdi

User 28 Oktyabr 2026 - 20:48
Beynəlxalq axtarışda olan Rüstəm İbrahimov Çindən Azərbaycana gətirilib Həbs
  • Sosial

Beynəlxalq axtarışda olan Rüstəm İbrahimov Çindən Azərbaycana gətirilib

User 28 Oktyabr 2026 - 20:37
Avropa İttifaqından Rusiya qazı ilə bağlı qəti qərar – Sülh sazişi də vəziyyəti dəyişməyəcək qaz nəqli
  • Dünya

Avropa İttifaqından Rusiya qazı ilə bağlı qəti qərar – Sülh sazişi də vəziyyəti dəyişməyəcək

User 28 Oktyabr 2026 - 20:14
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.