Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • QHT

Gəncədə su israfı əleyhinə maarifləndirmə layihəsinin icrası başlanıb

User 10 Oktyabr 2026 - 14:55 (Last updated: 30 Oktyabr 2026 - 10:58)
e4270e6e-5367-4f4e-9ff5-ba1cb22c3d5d

“Gəncə Regional Qadın Mərkəzi” İctimai Birliyi Azərbaycan Respublikası QHT-ə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Gəncədə su israfı əleyhinə maarifləndirmə” layihəsinin icrasına başlamışdır.

Layihənin əsas məqsədi Gəncə şəhərində əhali arasında su ehtiyatlarından səmərəli istifadə vərdişlərinin formalaşdırılması, su israfının azaldılması və ekoloji məsuliyyətli davranışların təşviq edilməsi yolu ilə su resurslarının qorunmasına töhfə verməkdir. Məlumdur ki, son illərdə iqlim dəyişikliyi ilə bağlı su qıtlığı bütün dünyada baş verir və Azərbaycan, o cümlədən Gəncə də kənarda qalmır. Xüsusilə şirin su mənbələrinin azalması əsas risklərdəndir.

Layihə çərçivəsində Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecdə müəllim heyəti və tələbələrlə görüş keçirilmişdir. Görüşdə layihənin məqsədi haqqında məlumat verilmişdir. Azərbaycanın su ehtiyatları barədə geniş məlumat verilmiş və bu barədə çəkilmiş çarx nümayiş etdirilmişdir. Sonra Gəncədə su ehtiyatı və mənbələri haqqında, Gəncədə su-kanalizasiya sisteminin yenilənməsi və qənaət edilməsində sayğacların rolu, gələcək planlar haqqında da məlumat verilmişdir. SECAP-da Gəncənin su-kanalizasiya sistemi üzrə hazırlanmış hesabat auditoriyaya təqdim edilmişdir.

Görüşdə kollecin direktoru Nigar Səfixanova və digər müəllimlər, tələbələr çıxış edərək hər damlası qiymətli olan su ehtiyatlarının qorunmasının strateji olmasını xatırlatmışlar. İştirakçıların nəzərinə çatdırılmışdır ki, sudan ehtiyatla istifadə edilməsində gənclərin və yeniyetmələrin, onların vasitəsilə digər ailə üzvlərinin maarifləndirilməsi yolu ilə daha çox Gəncə əhalisinin maarifləndirilməsi əsas hədəflərdəndir.

Layihə fəaliyyəti davam edir.

AzPost.az

Post navigation

Previous: Google-un yeni tətbiqi danışığı yazıya çevirir:
Next: Rusiya Gürcüstanın şərabına, konyakına və “Coca-Cola”sına qadağa qoydu

Oxşar xəbərlər

qht mina
  • QHT

Gəncədə minadan zərərçəkənlərin iştirakı ilə amputant futbol oyunu keçirilib

User 06 Noyabr 2026 - 20:29
a01
  • QHT

“Məktəb-Valideyn Tərəfdaşlığı” çərçivəsində maarifləndirici tədbir keçirilib

User 01 Noyabr 2026 - 10:31
qht mekteb01
  • QHT

Məktəb-valideyn tərəfdaşlığı ilə bağlı maarifləndirici tədbir keçirilib

User 30 Oktyabr 2026 - 12:30

xƏBƏR

rus ukr danisiq
  • Dünya

Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi

User 06 Noyabr 2026 - 22:22
Rusiya Prezidenti Vladimir Putin Rusiya, Ukrayna və ABŞ nümayəndələrinin iştirakı ilə Əbu-Dabidə üçtərəfli danışıqların keçiriləcəyini təsdiqləyib. Noyabrın...
Read more about Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi
Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı putin herbi
  • Dünya

Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı

User 06 Noyabr 2026 - 22:10
Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq et bazari
  • Sosial

Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq

User 06 Noyabr 2026 - 22:00
Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi ayaq aqri
  • Maraqlı

Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi

User 06 Noyabr 2026 - 21:51
Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı yemek fastfud
  • Sosial

Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı

User 06 Noyabr 2026 - 20:58
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.