Prezidentimiz Rəcəb Tayyib Ərdoğan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovu qəbul edib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovu qəbul edib.
Anadolu Agentliyinin yaydığı məlumata görə, görüş oktyabrın 30-da Ankarada, Türkiyə Prezident Administrasiyasının binasında – Prezident Külliyəsində baş tutub.
Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının (TDT) 13-cü Zirvə toplantısı çərçivəsində Ankarada səfərdədir. Görüş də məhz bu tədbir çərçivəsində keçirilib.
Qeyd edək ki, TDT-nin 13-cü Zirvə toplantısı “Türk əsri: Dildə, fikirdə, işdə birlik” mövzusu altında təşkil olunub. Zirvədə türk dövlətləri arasında siyasi, iqtisadi, ticarət və mədəni əməkdaşlığın genişləndirilməsi, birgə layihələrin inkişafı və təşkilatın beynəlxalq mövqeyinin gücləndirilməsi məsələləri müzakirə olunur.
Azərbaycan Prezidenti İlham Əliyev toplantıda iştirak etməyib. Azərbaycanı tədbirdə xarici işlər naziri Ceyhun Bayramov təmsil edib. Bayramov bundan əvvəl, oktyabrın 29-da Türkiyənin xarici işlər naziri Hakan Fidanla da görüş keçirib. Həmin görüşdə ikitərəfli münasibətlər, TDT çərçivəsində əməkdaşlıq və regional məsələlər müzakirə olunub

