Noyabrın 2-də Azərbaycanda polis tərəfindən 45 yeni, əvvəlki dövrlərdən bağlı qalan 22 cinayətin açılması təmin edilib. Gün ərzində axtarışda olan 122 nəfər saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, saxlanılan axtarışda olan şəxslərdən 90-ı borclu şəxs qismində axtarışda olub. Onlar aidiyyəti üzrə təhvil veriliblər.
Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində narkotiklərlə əlaqəli 11 fakt, qanunsuz saxlanılan silah-sursatın aşkarlanması və götürülməsi ilə bağlı isə 6 fakt müəyyən edilib.
Bundan başqa, cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb.
