Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

Rusiya Ukrayna ilə danışıqlara kimin rəhbərlik edəcəyini açıqladı

User 03 Noyabr 2026 - 14:41 (Last updated: 03 Noyabr 2026 - 14:40)
peskov

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ölkəsinin nümayəndə heyətinin noyabrın 10-11-də Əbu-Dabidə keçiriləcək üçtərəfli danışıqlarda iştirak edəcəyini təsdiqləyib. Rusiya tərəfinin nümayəndə heyətinə yenə də dövlət başçısının köməkçisi Vladimir Medinski rəhbərlik edəcək.

Peskov bu barədə noyabrın 3-də jurnalistlərə açıqlamasında bildirib.

“Bu prosesdə Rusiya tərəfinin əsas danışıq aparan nümayəndəsinə gəlincə, prezidentin bəyanatını xatırladım: bu vəzifədə həmkarım Medinski qalır”, – deyə Peskov qeyd edib.

Kremlin sözçüsü Rusiya nümayəndə heyətinin Birləşmiş Ərəb Əmirliklərinin paytaxtına səfərinin tarixini də təsdiqləyib. “Bəli, bu tarixi təsdiq edə bilərəm. Rusiya nümayəndə heyəti noyabrın 10-11-də Əbu-Dabidə olacaq və danışıqlarda iştirak edəcək”, – Peskov bildirib.

Bununla yanaşı, o, Rusiya nümayəndə heyətinin tam tərkibini açıqlamayıb. Peskov həmçinin Rusiya prezidenti Vladimir Putinin danışıqlarda iştirak edəcək Rusiya nümayəndələri ilə ayrıca təmaslarının hələlik planlaşdırılmadığını deyib.

Xatırladaq ki, bundan əvvəl ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff Moskva və Kiyev nümayəndələrinin Birləşmiş Ərəb Əmirliklərində görüşünün noyabrın 10-11-də ABŞ-ın vasitəçiliyi ilə keçiriləcəyini açıqlamışdı.

Onun sözlərinə görə, müzakirələr müharibədən sonrakı təhlükəsizlik mexanizmləri, gərginliyin azaldılması, humanitar yardım və sülhə doğru növbəti addımlara həsr olunacaq.

AzPost.az

Post navigation

Previous: Azərbaycanda hansı peşələr yox olmaq təhlükəsi ilə üz-üzədir? – Süni intellekt iş bazarını dəyişir
Next: “Ukraynada müharibə yaxın aylarda başa çatacaq, hamı yorulub” – Lukaşenko

Oxşar xəbərlər

KTMT
  • Dünya

KTMT-dən Azərbaycan və Ermənistanla bağlı açıqlama: Sülh sazişinə ümid edirlər

User 03 Noyabr 2026 - 15:50
abs konqres
  • Dünya

Tramp üçün həlledici seçki: 57 milyon insan artıq səs verib – Konqres kimin nəzarətinə keçəcək?

User 03 Noyabr 2026 - 15:33
lukasenko
  • Dünya

“Ukraynada müharibə yaxın aylarda başa çatacaq, hamı yorulub” – Lukaşenko

User 03 Noyabr 2026 - 14:50

xƏBƏR

KTMT
  • Dünya

KTMT-dən Azərbaycan və Ermənistanla bağlı açıqlama: Sülh sazişinə ümid edirlər

User 03 Noyabr 2026 - 15:50
KTMT Ermənistanla Azərbaycan arasında sülh sazişinin tezliklə imzalanacağına ümid edir. Bunu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş...
Read more about KTMT-dən Azərbaycan və Ermənistanla bağlı açıqlama: Sülh sazişinə ümid edirlər
Əli Kərimlinin məhkəməsi başlayıb eli kerimli
  • Sosial

Əli Kərimlinin məhkəməsi başlayıb

User 03 Noyabr 2026 - 15:45
Kartdan pul çıxaranları hansı xərclər gözləyir? – 1 faizlik vergi kimlərə aiddir? Kart
  • İqtisadiyyat

Kartdan pul çıxaranları hansı xərclər gözləyir? – 1 faizlik vergi kimlərə aiddir?

User 03 Noyabr 2026 - 15:43
Tramp üçün həlledici seçki: 57 milyon insan artıq səs verib – Konqres kimin nəzarətinə keçəcək? abs konqres
  • Dünya

Tramp üçün həlledici seçki: 57 milyon insan artıq səs verib – Konqres kimin nəzarətinə keçəcək?

User 03 Noyabr 2026 - 15:33
Parlamentdə 2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır budce
  • İqtisadiyyat

Parlamentdə 2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır

User 03 Noyabr 2026 - 15:06
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.