Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Baş Yazı

Azərbaycanlı dənizçiyə Finlandiyada 2 il 10 ay həbs – Gəminin sahibi azərbaycanlı iş adamıdır

User 05 Noyabr 2026 - 17:00 (Last updated: 05 Noyabr 2026 - 17:02)
gemi

Helsinki Rayon Məhkəməsi “Fitburg” yük gəmisinin kapitanı, Rusiya vətəndaşı Andrey Maksimenkonu 3 il 6 ay, həmin gəminin azərbaycanlı bosmanı Vüsal Məcidovu isə 2 il 10 ay müddətinə azadlıqdan məhrum edib.

Onlar ağırlaşdırıcı hallarda təxribat törətməkdə təqsirli biliniblər. Söhbət 2025-ci il dekabrın 31-də “Fitburg” gəmisinin Finlandiya körfəzinin dibi ilə çəkilmiş iki telekommunikasiya kabelini zədələməsi hadisəsindən gedir.

Azpost.info bildirir ki, bu barədə “Yle” məlumat yayıb.

Məhkəmə Maksimenko və Məcidovun hərəkətlərini qəsdən törədilmiş hesab edib. Onlar Finlandiya Cinayət Məcəlləsinin 34-cü fəslinin 3-cü maddəsi üzrə “ağırlaşdırıcı hallarda təxribat” törətməkdə təqsirli biliniblər və real həbs cəzasına məhkum ediliblər.

Hər iki dənizçiyə verilən cəza prokurorun ilkin olaraq tələb etdiyi 2 il 6 aylıq həbs müddətindən də ağır olub. Bundan başqa, “Fitburg”un kapitanı və bosmanı zərərçəkmiş tərəfin apardığı araşdırma və zədələnmiş infrastrukturun təmiri xərclərini ödəməyə məcbur ediliblər. Maksimenko və Məcidov isə özlərini təqsirli bilməyiblər.

Sent-Vinsent və Qrenadin bayrağı altında üzən “Fitburg” ötən qış Sankt-Peterburqdan İsrailin Hayfa limanına konstruksiya poladı yükü daşıyırmış. 2025-ci il dekabrın 31-nə keçən gecə Baltik dənizində yük gəmisinin lövbəri təxminən 130 kilometr məsafədə dənizin dibi ilə sürünərək Finlandiyanın “Elisa” şirkətinə məxsus iki telekommunikasiya kabelini zədələyib. Həmin gün Finlandiya sərhədçiləri göyərtəsində 14 ekipaj üzvü olan “Fitburg” gəmisini saxlayıblar.

Bir müddət sonra gəmi və dənizçilərin əksəriyyəti sərbəst buraxılıb. Lakin Maksimenko və Məcidov telekommunikasiya sistemlərinin fəaliyyətinə müdaxilə (sonradan məhkəmə bu ittihamı ləğv edib) və ağırlaşdırıcı hallarda təxribat törətmək ittihamları ilə həbs olunublar.

İttiham tərəfinin versiyasına görə, “Fitburg”un kapitanı və bosmanının hərəkətləri sualtı infrastrukturun daha səkkiz obyektini də təhlükə altına qoyub. Bunlara digər rabitə kabelləri, elektrik xətləri və qaz kəmərləri daxil olub.

Maksimenko və Məcidov istintaq zamanı dəfələrlə irəli sürülən bütün ittihamları rədd ediblər. “Fitburg”un kapitanı dekabrın 31-də baş verən hadisəni şərh edərkən lövbərin nasazlığının səbəbinin ona tam aydın olmadığını bildirib. O, Kreml tərəfindən həyata keçirilən hibrid hücumda iştirak etməsi ilə bağlı ehtimalları “cəfəngiyat” adlandırıb.

Rusiyanın Finlandiyadakı səfiri Pavel Kuznetsov da bəyan edib ki, Helsinki “Fitburg”un ekipajına qarşı heç bir real sübut təqdim etməyib. Onun sözlərinə görə, “Elisa” şirkətinin kabellərinə zərər Finlandiyanın ərazi sularından kənarda vurulduğuna görə araşdırma Finlandiyanın daxili qanunları ilə deyil, BMT-nin Dəniz Hüququ Konvensiyası çərçivəsində aparılmalıdır. Bu barədə RİA Novosti məlumat yayıb.

“Fitburg” gəmisinin özü Seyşel adalarında qeydiyyatdan keçmiş “Fitburg Shipping Co Ltd” şirkətinə məxsusdur. Gəminin faktiki sahibi isə Türkiyəli iş adamı Rahim Ələkbərovdur.

Rahim Ələkbərov  azərbaycanəsilli tanınmış türkiyəli iş adamı, Türkiyənin aparıcı gəmiçilik şirkətlərindən biri olan Albros Shipping & Trading Ltd-nin təsisçisi, rəhbəri və əsas səhmdarıdırdır (76 faiz səhm). Qardaşları Rauf və Rasim Ələkbərovlarla birlikdə Qara dəniz regionunda, eləcə də Türkiyə, Rusiya və Azərbaycan bazarlarında dəniz yükdaşımaları sahəsində əsas fiqurlardan biri hesab olunur.  R. Ələkbərov Türkiyə gəmiqayırma sektorunun nüfuzlu iştirakçılarından və Türkiyə ilə Rusiya arasında dəniz nəqliyyatı əlaqələrinin əsas logistika həlqələrindən biri hesab olunur.

Quru yük daşıyan gəmi Qərb ölkələrinin rəsmi sanksiya siyahılarına daxil edilməyib. Bununla belə, o, sanksiyalardan yayınma və “kölgə donanması” ilə əlaqəli ola biləcək gəmilərin monitorinq siyahılarında “maraq doğuran gəmi” kimi qeyd olunub.

AzPost.az

Post navigation

Previous: Sumqayıtda aptekdən 35 min manat oğurlayan şəxs saxlanıldı
Next: Tramp İran müharibəsinə görə seçkiləri uduzdu – İndi hansı addımı atacaq? / TƏHLİL

Oxşar xəbərlər

tramp qas
  • Baş Yazı

Tramp İran müharibəsinə görə seçkiləri uduzdu – İndi hansı addımı atacaq? / TƏHLİL

User 05 Noyabr 2026 - 17:23
neft kemer
  • Baş Yazı

Neftin qiyməti 20 faiz ucuzlaşdı – İranla sülh razılaşması gözləntiləri artır

User 05 Noyabr 2026 - 16:52
veteran pulu
  • Baş Yazı

Ölkənin müdafiəsinə 8,8 milyard manat ayrılır – 4 milyard hansı məqsədə xərclənəcək?

User 04 Noyabr 2026 - 11:21

xƏBƏR

isti hava
  • Maraqlı

İstilik dalğaları 6 ay davam edə bilər – Alimlərdən qorxulu iqlim proqnozu

User 05 Noyabr 2026 - 18:25
Gələcəkdə istilik dalğaları son illərdə bəşəriyyətin üzləşdiyi anomal isti dövrlərdən daha amansız olacaq. Müxtəlif bölgələrdə 2015–2023-cü illər...
Read more about İstilik dalğaları 6 ay davam edə bilər – Alimlərdən qorxulu iqlim proqnozu
Qaraciyərin zədələndiyini göstərən 10 əlamət – Bu simptomları görməzdən gəlməyin qaraciyer
  • Sosial

Qaraciyərin zədələndiyini göstərən 10 əlamət – Bu simptomları görməzdən gəlməyin

User 05 Noyabr 2026 - 18:14
Tramp İran müharibəsinə görə seçkiləri uduzdu – İndi hansı addımı atacaq? / TƏHLİL tramp qas
  • Baş Yazı

Tramp İran müharibəsinə görə seçkiləri uduzdu – İndi hansı addımı atacaq? / TƏHLİL

User 05 Noyabr 2026 - 17:23
Azərbaycanlı dənizçiyə Finlandiyada 2 il 10 ay həbs – Gəminin sahibi azərbaycanlı iş adamıdır gemi
  • Baş Yazı

Azərbaycanlı dənizçiyə Finlandiyada 2 il 10 ay həbs – Gəminin sahibi azərbaycanlı iş adamıdır

User 05 Noyabr 2026 - 17:00
Sumqayıtda aptekdən 35 min manat oğurlayan şəxs saxlanıldı Aptek
  • Kriminal

Sumqayıtda aptekdən 35 min manat oğurlayan şəxs saxlanıldı

User 05 Noyabr 2026 - 16:56
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.