Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

ADSEA Astarada iki kənddə içməli su layihəsi həyata keçirib

User 06 Noyabr 2026 - 16:34
adsea04

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) tərəfindən Astara rayonunun Bala Şahağac və Qamışoba kəndlərində içməli su təchizatının yaxşılaşdırılması istiqamətində layihə həyata keçirilib.

Bu məqsədlə Bala Şahağac kəndində layihənin açılış mərasimi təşkil olunub.

Tədbirdə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədrinin müavini İlqar Gülməmmədov, Agentliyin sədrinin müşaviri Zakir Quliyev, Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev, Agentliyin tabeliyində fəaliyyət göstərən Regional Su Meliorasiya QSC-nin icraçı direktoru Elçin Məmmədov, Agentliyin nümayəndələri, rayon ictimaiyyətinin təmsilçiləri və kənd sakinləri iştirak ediblər.

Çıxışlar zamanı bildirilib ki, ölkə regionlarında əhalinin içməli və suvarma suyu ilə təminatının yaxşılaşdırılması istiqamətində mühüm infrastruktur layihələri həyata keçirilir. Bu təşəbbüslər regionların sosial-iqtisadi inkişafına, əhalinin həyat şəraitinin yaxşılaşdırılmasına və dayanıqlı su təminatının formalaşdırılmasına xidmət edir.

Qeyd olunub ki, bu istiqamətdə həyata keçirilən layihələr bundan sonra da davam etdiriləcək. Əsas məqsəd kəndlərdə yaşayan əhalinin keyfiyyətli və dayanıqlı içməli su, eləcə də suvarma suyu ilə təminatını yaxşılaşdırmaqdır.

Bildirilib ki, Astara rayonunun Bala Şahağac və Qamışoba kəndlərində mərkəzləşdirilmiş su təchizatı sisteminin yaradılması məqsədilə Astara şəhərini içməli su ilə təmin edən D710 mm diametrli magistral su kəmərindən yeni birləşmə verilib. Mövcud su təchizatı sistemi genişləndirilərək kəndlərdə yeni su xətləri inşa edilib.

Layihə çərçivəsində ümumilikdə 5,6 km uzunluğunda su xətti çəkilib və 430 fərdi yaşayış evinin su təchizatı şəbəkəsinə qoşulması təmin olunub. Eyni zamanda, sudan səmərəli və qənaətlə istifadə edilməsi, eləcə də istehlak olunan suyun dəqiq uçotunun aparılması məqsədilə bütün abonentlər sayğaclarla təmin edilib.

Qeyd olunub ki, Bala Şahağac və Qamışoba kəndlərinin ümumilikdə 1486 nəfər əhalisi var. Yeni yaradılmış su təchizatı sistemi vasitəsilə yaşayış məntəqələrinin gündəlik 300 kubmetr su tələbatının tam ödənilməsi mümkün olacaq.

Məlumat verilib ki, Astara şəhərinin mövcud su təchizatı Xanbulançay su anbarı vasitəsilə həyata keçirilir. Lənkəran və Astara şəhərlərinin su təminatı məqsədilə su anbarında iki meydançada su anbarları kompleksi, həmçinin gündəlik məhsuldarlığı 30 000 kubmetr olan su təmizləyici qurğular kompleksi istismar olunur.

Astara şəhəri üzrə ümumilikdə 4578 abonent mövcuddur. Şəhərin su şəbəkəsinin ümumi uzunluğu 109 km, magistral su kəmərlərinin uzunluğu 29,2 km, kanalizasiya şəbəkəsinin uzunluğu isə 8 km təşkil edir.

Hazırda Astara şəhərində tullantı sularının kənarlaşdırılması məqsədilə D800 mm diametrli DB mikrotunelin və kanalizasiya şəbəkəsinin tikintisi işləri davam etdirilir.

Sonda kənd sakinləri əhalinin içməli su təminatının yaxşılaşdırılması istiqamətində həyata keçirilən layihəyə və onun icrasında əməyi olan bütün şəxslərə, xüsusilə bu sahədə çalışan əməkdaşlara minnətdarlıqlarını bildiriblər.

AzPost.az

Post navigation

Previous: ABŞ-ın İrana hücumu üçün 9 noyabr tarixi gündəmdə – Pentaqon hazırlaşır
Next: ABŞ-ın 3 əsas şəhərində hakimiyyət solçulara keçdi – Tramp üçün təhlükə artır

Oxşar xəbərlər

Boşanma
  • Sosial

Evliliyi səssizcə dağıdan 5 vərdiş – Cütlüklər bu səhvləri vaxtında görməlidir

User 06 Noyabr 2026 - 14:52
prayk
  • Sosial

Bakıda ev almadan əvvəl bu xəritəyə baxın – Qiyməti də, tıxacları da göstərəcək

User 06 Noyabr 2026 - 13:31
urek mualice
  • Sosial

Ürəyə gizli zərbə vuran 9 qida – Hər gün yediyimiz hansı məhsullar təhlükəlidir?

User 06 Noyabr 2026 - 12:50

xƏBƏR

ölüm
  • Maraqlı

İnsan ölərkən beynində nə baş verir? – Alimlər gözlənilməz fakt aşkarlayıb

User 06 Noyabr 2026 - 16:52
İnsan orqanizminin həyat fəaliyyətinin sona çatdığı kritik anlarda beyində elektrik aktivliyinin qeyri-adi yüksəlişi baş verə bilər. Bu...
Read more about İnsan ölərkən beynində nə baş verir? – Alimlər gözlənilməz fakt aşkarlayıb
ABŞ-ın 3 əsas şəhərində hakimiyyət solçulara keçdi – Tramp üçün təhlükə artır tramp aq ev
  • Dünya

ABŞ-ın 3 əsas şəhərində hakimiyyət solçulara keçdi – Tramp üçün təhlükə artır

User 06 Noyabr 2026 - 16:42
ADSEA Astarada iki kənddə içməli su layihəsi həyata keçirib adsea04
  • Sosial

ADSEA Astarada iki kənddə içməli su layihəsi həyata keçirib

User 06 Noyabr 2026 - 16:34
ABŞ-ın İrana hücumu üçün 9 noyabr tarixi gündəmdə – Pentaqon hazırlaşır abs gemi
  • Dünya

ABŞ-ın İrana hücumu üçün 9 noyabr tarixi gündəmdə – Pentaqon hazırlaşır

User 06 Noyabr 2026 - 16:26
Ağıllı olmaq uğura zəmanət vermir – Uğurlu insanların 5 ortaq xüsusiyyəti aqilli insan
  • Maraqlı

Ağıllı olmaq uğura zəmanət vermir – Uğurlu insanların 5 ortaq xüsusiyyəti

User 06 Noyabr 2026 - 15:05
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.