Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

“Misli”nin pisliyi – Müştərilərin uduşunu ödəmir

User 13 Noyabr 2026 - 23:12 (Last updated: 13 Noyabr 2026 - 23:27)
top misli

“Azərlotereya” ASC-yə məxsus olan “Misli” idman mərc oyunları (totalizator) və lotereya brendinin fəaliyyəti ilə bağlı şikayət daxil olub.

Adının çəkilməsini istəməyən abonent bildirir ki, o dünən gecə Çexiya və İspaniya milli komandaları arasında keçirilən oyunlara mərc qoyuluşu edib və kuponu udub, ancaq uduş məbləği Misli.az veb-saytındakı hesabına köçürülməyib. Kontorla əlaqə saxladıqda isə ona başdansovdu və qeyri-adekvat cavablar verilib.

Abonent deyir: “Mən illərdir futbol mərcləri edirəm. Hobbimdir. İndiyədək nə çox pul udmuşam, nə də uduzmuşam. Yəni bir dəfə udanda bir dəfə də uduzuram. Kiçik qoyuluşlar edirəm, əvəzində oyunlara ləzzətlə baxıram. Dünən də elə etdim. Çexiya-İspaniya matçının fasiləsində qonaqların bundan sonra daha 5 künc zərbəsi vuracağına dair mərc qoyuluşu etdim. 5 manat. Doğrusu, belə şeylər nadir hallarda olur, amma mənə elə gəldi ki, məhz belə olacaq. Oyunun sonuna yaxın ispanlar 10-cu künc zərbəsini də vurdu və kuponum uddu. Bu səhər baxıram ki, qoyduğum pul hesabıma qaytarılıb, amma udduğum pul yox. Elə bir məbləğ deyil, amma aldadılmaq hər zaman canincidəndir”.

Bundan sonra abonent misli.az saytının onlayn bölümü əlaqə saxlayıb. Ona belə bir cavab veriblər (şəkildə): Abonent razılaşmayıb, əlavə izahat verilməsini tələb edib. Ancaq ona yenə də ağlabatan cavab verilməyib. İndi aldadılmış müştəri deyir ki, əgər mərc qoyuluşu 5 manat yox, məsələn, bəzi varlıların etdiyi kimi, 500 manat olsaydı, onda necə olacaqdı, adamın o məbləğdə uduşunu ödəməyərək, bu cür izahat verəcəkdilər? “Allah bilir, hər gün bu fəndi nə qədər adama tətbiq edir, udanların uduşunu ödəmirlər, hesab edirlər ki, kimin əli hara çatacaq”. Qarşı tərəfin baş vermiş xoşagəlməz olayla bağlı izahat verməsi arzu olunur.

AzPost.az

Post navigation

Previous: Stressdən qurtulmaq üçün bahalı istirahətə ehtiyac yoxdur – alimlər səbəbini açıqladı

Oxşar xəbərlər

restoran qab-qacaq
  • Sosial

Qab-qacağı restorandakı kimi necə parıldatmaq olar? – Sadə üsullar

User 13 Noyabr 2026 - 19:41
omikron xeste
  • Sosial

Pnevmoniya ilə bağlı 3 yanlış fikir – Həkimlərdən izah

User 13 Noyabr 2026 - 19:31
İpoteka
  • Sosial

İpoteka üçün 6848 nəfər müraciət etdi – cəmi 1393 müraciət qəbul olundu

User 13 Noyabr 2026 - 18:53

xƏBƏR

top misli
  • Sosial

“Misli”nin pisliyi – Müştərilərin uduşunu ödəmir

User 13 Noyabr 2026 - 23:12
“Azərlotereya” ASC-yə məxsus olan “Misli” idman mərc oyunları (totalizator) və lotereya brendinin fəaliyyəti ilə bağlı şikayət daxil...
Read more about “Misli”nin pisliyi – Müştərilərin uduşunu ödəmir
Stressdən qurtulmaq üçün bahalı istirahətə ehtiyac yoxdur – alimlər səbəbini açıqladı sukut
  • Maraqlı

Stressdən qurtulmaq üçün bahalı istirahətə ehtiyac yoxdur – alimlər səbəbini açıqladı

User 13 Noyabr 2026 - 21:15
50 İLİN HEKAYƏSİ – 30 İLİN SƏSİ e08
  • Mədəniyyət

50 İLİN HEKAYƏSİ – 30 İLİN SƏSİ

User 13 Noyabr 2026 - 20:52
Vens 2028-ci ildə prezidentliyə namizəd olmaq istəmir -Trampın varisliyindən imtina vens
  • Dünya

Vens 2028-ci ildə prezidentliyə namizəd olmaq istəmir -Trampın varisliyindən imtina

User 13 Noyabr 2026 - 19:57
Qab-qacağı restorandakı kimi necə parıldatmaq olar? – Sadə üsullar restoran qab-qacaq
  • Sosial

Qab-qacağı restorandakı kimi necə parıldatmaq olar? – Sadə üsullar

User 13 Noyabr 2026 - 19:41
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.