Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Nvidia-nın sabiq rəhbəri şirkəti də aldadıb – Çinli qadınla münasibətini gizlədib

User 14 Noyabr 2026 - 15:38
nvidia rehber

Nvidia şirkətinin sabiq rəhbəri Censen Huang ətrafında yaranan qalmaqal yeni mərhələyə qədəm qoyub. Məlum olub ki, o, çinli biznesmen qadın Elis Huangla nikahdankənar münasibətini gizlətməklə yanaşı, öz şirkətinin rəhbərliyini də yanıldıb.

“Reuters” agentliyinin məlumatına görə, Huang Nvidia-nın baş hüquq məsləhətçisi Tim Teterə və marketinq direktoru Alison Vagenfeldə həmin qadınla əlaqələrinin adi işgüzar münasibətlərdən ibarət olduğunu bildirib.

Huang Nvidia rəhbərliyinə nə danışıb?

“Reuters” jurnalistləri şirkətin 2026-cı ilin oktyabr ayına aid daxili yazışmalarını araşdırıblar. Huang iki ayrı mesajında rəhbərliyə Elis Huang və onunla əlaqəli Megaspeed International şirkəti ilə ünsiyyətinin sırf işgüzar xarakter daşıdığını izah edib. Məsələ ilə tanış olan iki mənbənin sözlərinə görə, hələ 2025-ci ilin payızında, jurnalistlər bu münasibətlərlə bağlı ilk dəfə suallar ünvanlayanda da Huang əlaqələrini uyğun işgüzar təmaslar kimi təqdim edib. Lakin “Reuters” həmin dövrə aid yazışmaları araşdırmayıb.

Nvidia-nın sabiq rəhbəri ötən ilin oktyabrında Elis Huangla görüşləri barədə material dərc edən “The New York Times” qəzetini məhkəməyə vermək imkanını da müzakirə edib. Nəticədə nə o, nə də şirkət qəzetə qarşı iddia qaldırıb. Nəşrin nümayəndəsi “Reuters”ə bildirib ki, qəzet heç bir hüquqi iddia və ya xəbərdarlıq almayıb.

Çinlə əlaqələrdə şübhəli bilinən qadınla eşq münasibəti

Elis Huang Nvidia-nın müştərilərindən biri olan Megaspeed International şirkətinin keçmiş yüksək vəzifəli rəhbəridir. ABŞ hakimiyyət orqanları qadının Çin naminə casusluq fəaliyyətində mümkün iştirakını araşdırıb. Bununla belə, “Reuters” onun Çin hökuməti üçün işlədiyini müstəqil şəkildə təsdiqləyə bilməyib. Pekin isə ona qarşı irəli sürülən ittihamları rədd edib.

İşgüzar münasibətlərin nə vaxt romantik əlaqəyə çevrildiyi məlum deyil. Lakin “Reuters”in yoxladığı fotoşəkillər Censen və Elis Huangın ən azı 2023-cü ilin dekabrından etibarən ABŞ, Çin və digər ölkələrdə birlikdə olduqlarını göstərir. Eyni soyadı daşısalar da, onların qohumluq əlaqəsi yoxdur.

Daha əvvəl “The New York Times” Censen Huangın Nvidia əməkdaşı ilə nikahdankənar münasibəti barədə məlumat yaymışdı. “Reuters” də onun şirkətin başqa bir qadın əməkdaşı ilə intim əlaqədə olduğunu yazmışdı.

Noyabrın 10-da Nvidia-nın müstəqil direktorları daxili araşdırma aparmaq üçün Wachtell, Lipton, Rosen & Katz hüquq şirkətini cəlb ediblər. Araşdırma Huangın Elis Huangla əlaqələri və ABŞ hakimiyyət orqanlarının mümkün casusluqla bağlı şübhələri barədə yayılan məlumatlardan sonra başlayıb.

Huang noyabrın 8-də həyat yoldaşından və şirkətdən xəyanətinə, eləcə də ətrafındakı insanları məyus etdiyinə görə üzr istəyib. Noyabrın 12-də isə Nvidia rəhbəri vəzifəsindən ayrılıb.

Sabiq rəhbərin nümayəndəsi və şirkətin özü “Reuters”in əldə etdiyi yeni məlumatları şərh etməkdən imtina edib. Nvidia-nın baş hüquq məsləhətçisi Tim Teter agentliyin sorğusuna cavab verməyib, Alison Vagenfeld isə material dərc olunanadək açıqlama verməyib.

N.Talıblı

AzPost.az

Post navigation

Previous: Azərbaycanda ən populyar sosial şəbəkə hansıdır? – Facebook geridə, Instagram nə yerdədir? / STATİSTİKA
Next: Maşının qapısını açıq qoydu, 6 min manatını oğurladılar

Oxşar xəbərlər

avto yaqisli hava
  • Sosial

Sabaha olan hava proqnozu

User 14 Noyabr 2026 - 14:47
der leyen
  • Sosial

Avropa süni intellektə 500 milyard avro yatırmaq istəyir

User 14 Noyabr 2026 - 12:07
andicme
  • Sosial

Hərbi hissələrdə gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub – MN

User 14 Noyabr 2026 - 11:17

xƏBƏR

avtomobil xidmeti
  • Kriminal

Maşının qapısını açıq qoydu, 6 min manatını oğurladılar

User 14 Noyabr 2026 - 15:52
Sabunçu rayonunun Ramana qəsəbəsində avtomobilin qapısının açıq qalmasından istifadə edən şəxs maşından 6 min manat pul və...
Read more about Maşının qapısını açıq qoydu, 6 min manatını oğurladılar
Nvidia-nın sabiq rəhbəri şirkəti də aldadıb – Çinli qadınla münasibətini gizlədib nvidia rehber
  • Sosial

Nvidia-nın sabiq rəhbəri şirkəti də aldadıb – Çinli qadınla münasibətini gizlədib

User 14 Noyabr 2026 - 15:38
Azərbaycanda ən populyar sosial şəbəkə hansıdır? – Facebook geridə, Instagram nə yerdədir? / STATİSTİKA sosial sebeke
  • Media

Azərbaycanda ən populyar sosial şəbəkə hansıdır? – Facebook geridə, Instagram nə yerdədir? / STATİSTİKA

User 14 Noyabr 2026 - 15:15
Tramp, Putin və Si Cinpin bir masa arxasında – Üç liderin görüş tarixi açıqlandı tramp putin cin
  • Baş Yazı

Tramp, Putin və Si Cinpin bir masa arxasında – Üç liderin görüş tarixi açıqlandı

User 14 Noyabr 2026 - 14:53
Sabaha olan hava proqnozu avto yaqisli hava
  • Sosial

Sabaha olan hava proqnozu

User 14 Noyabr 2026 - 14:47
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.